Devalvasiya olacaqmı? -Vahid Əhmədovdan açıqlama

23.11.2016 - 16:33

xvahid-jpg-pagespeed-ic-xgrn9w80xMilli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov bu ilin sonunadək Azərbaycanda növbəti devalvasiyanın gözlənilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

V.Əhmədov deyib ki, Azərbaycanda manatın növbəti dəfə şok devalvasiyaya uğraması inandırıcı deyil:

“Mən inanmıram ki, yaxın vaxtlarda devalvasiya baş versin. Onsuz da indi Azərbaycanda yumşaq devalvasiya gedir. Mərkəzi Bank da yumşaq devalvasiyanı aparır. Biz də yumşaq devalvasiyanın tərəfdarıyıq. Onsuz da Azərbaycanda yumşaq devalvasiya aparılmalı idi. Başqa çarə yoxdur. Ya dövlət öz ehtiyatlarını xərcləməli idi, ya da bazarın ixtiyarına buraxmalı idi ki, manatı bazar özü tənzimləsin. Ümumiyyətlə, Azərbaycanda şok devalvasiyaya ehtiyac yoxdur”.

Bakıda “qara bazar”da 1 dolların 1,8400 manata satılması məsələsinə də toxunan V.Əhmədov qeyd edib ki, bu cür hallar qanunsuzdur:

“Dolların “qara bazar”da yüksək qiymətə satılmasına qarşı hökumət tədbirlər görür. Ancaq manat da bazarda öz yerini tapmalıdır. Biz bunu istəsək də, istəməsək də olmalıdır. Bunun üçün də biz ya ehtiyatda olan vəsaitdən xərcləyib manatı saxlamalıyıq, ya da manatı sərbəst buraxmaq lazımdır ki, öz yerini tapsın. Necə ki, Rusiyada rubl öz dəyərini tapıb. Diqqət etsəniz görərsiz ki, dünyada neftin qiyməti qalxan kimi rublun da qiyməti artır. Manat da bazarda öz dəyərini tapandan sonra belə olacaq. Bundan sonra isə heç bir problem olmayacaq”.(Olke.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82790

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31