Azərbaycan neft və qazdan daha 100 milyard gözləyir

24.11.2016 - 15:00

36123365-93d0-44f8-8bfd-5ca6e53e2b59_cx50_cy37_cw50_w987_r1_s_r1Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (DNF) bütün neft-qaz sazişlərindən 100 milyard dollar vəsait daxil ola bilər.

Bunu Dövlət Neft Fondun icraçı direktoru Şahmar Mövsümov noyabrın 24-də bank forumundakı çıxışında deyib.

Onun bildirməsinə görə, bu günə qədər isə neft-qaz sazişlərindən Fonda 120 milyard dollar daxil olub.

«Azərbaycanda neft bitməyib, hasilat davam edir. Postneft dövrü dedikdə, biz yeni iqtisadi modelə keçidi nəzərdə tuturuq. 2013-cü ildən başlayaraq neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət öz xərclərini azaltmağa, konsolidasiya etməyə başladı. Bu da özünü Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərdə göstərdi. Əgər 2013-cü ildə Fonddan büdcəyə transfertlər 14.5 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 4.7 milyard dollara düşüb. Növbəti ildə isə 3.5 milyard dollar ətrafında proqnozlaşdırılır», – deyə Ş.Mövsümov qeyd edib.

Hazırda Dövlət Neft Fondunun 35 milyard 822.1 milyon dollar ehtiyata malik olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=82898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31