Mərkəzi Bankın dollar hərracının müdhiş sirri
Mərkəzi Bankın valyuta hərraclarının saxtakarlığı faş olub. Ölkənin baş bankındakı vəzifəli şəxslərdən birinin verdiyi qeyri-rəsmi məlumata görə, keçirilən hərraclarda satışa nağd dollar çıxarılmır.
AMB formal keçirdiyi hərraclar az qala kosmetik xarakter daşıyır. Satışa çıxarıldığı iddia olunan dollar kütləsi banklara nağd olaraq deyil, depozit şəklində satılır.
Mərkəzi Bankdan özəl banklara tövsiyyə olunur ki, depoziti satışa çıxarsınlar. Məhz buna görə də, banklarda dollar qıtlığı yaranır və ajiotajı yaşanır. Nəticədə isə banklar dollar sata bilmir.
Gün ərzində AMB-nin Mətbuat üçün ayırdığı (+994 12) 493-11-22(572) nömrəsi zənglərimizə cavab vermədiyindən məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrənə bilmədik.(24saat.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=83025