Böhran dərinləşir, islahatlar isə yoxdur
“Son iki devalvasiyadan sonar Azərbaycan faktiki iflic halına düşüb, 45 bankdan 30-u qalıb, bu durumda deposit yatırım azalır, kredtiləşmə dayanıb”.
Bu barədə “Novaya Vremya” qəzetində dərc olunan “Azərbaycan borca girir” sərlövhəli məqalədə yazılıb.
Müəllif ölkədə iqtisadi durumun pisləşməkdə davam etdiyini, valyuta bazarının qeyri-sabit olduğunu və bu böhranın iqtisadiyyatın yeni-yeni sahələrini əhatə etdiyini bildirir.
Məqalədə deyilir ki, son proseslər “qara bazar”ın aktivləşməsinə səbəb olub. Çünki, vətəndşaların valyuta əldə etmək üçün alternativ seçim imkanı qalmayıb.
Müəllif hesab edir ki, ölkədə ticarət də dayanıb, belə ki, istehsalçılar öz məhsuallarını Bakının ticarət şəbəkəsinə göndərilməsini dayandırıblar. Məqalədə bu məqamın kəskinliyi belə izah edilir:
“Maliyyə resursları o qədər qıtdır ki, ölkə təkcə valyuta qıtlığı ilə deyil, mal qıtlığı ilə də üzləşə bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=83082