Manatla bağlı mühüm qərar

01.12.2016 - 12:04
manat__“Devalvasiyalara baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır”.

Reportyor.tv xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Daha sonra S.Şərifov növbəti ilin dövlət büdcəsinə yenidən baxılma ehtimalından danışıb: “Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/ bareldən daha da azalması, qeyri-neft sektorunda artım nəzərdə tutulan səviyyədə olmaması,(2017-də ÜDM 1% artımı, qeyri-neft sektiru üzrə ÜDM-in 2,5% səviyyəsində artımı) artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31