Çindən ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib

02.12.2016 - 14:37

tutÇindən Azərbaycana 1,5 milyon ədəd tut tingi gətirilib. Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə 1,5 milyon ədəd tut tinginin alınması üçün Çinin “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı vasitəsilə respublikamıza gətirilib.

Tinglər bölgü əsasında Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucara göndərilib. Daha sonra isə onlar 37 rayona paylanacaq.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb. Tinglər fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=83594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31