Azərbaycan Mərkəzi Bankının ehtiyatları artıb

05.12.2016 - 11:22

merkezi-bankAzərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

AMB-nin açıqladığı statistikaya əsasən, 2016-cı il noyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4,011 mlrd. dollar təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,14% və ya 5,5 mln. dollar çoxdur. Noyabr ayının 1-ə tənzimləyicinin tənzimləyicinin ehtiyatları 4 mlrd. 5,5 mln. dollar təşkil edib.

Qeyd edək ki, noyabradək AMB-nin valyuta ehtiyatlarının həcmində iki ay ard-arda azalma müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=83673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31