Elman Rüstəmov: “2016-cı ildə Mərkəzi Bank dövriyyədən 6 milyard manat çıxarıb”

06.12.2016 - 14:41

elman2016-cı ildə Azərbaycan Mərkəzi Bankı altı milyard dollar həcmində pul kütləsinin sterilizasiyası üzrə tədbirlər həyata keçirib.

“Trend”in məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib: “Bu il biz depozit əməliyyatlarının keçirilməsi və qısamüddətli notların buraxılışı yolu ilə sterilizasiyanı, başqa sözlə pul vəsaitlərinin dövriyyədən çıxarılmasını davam etdirdik.”

Onun sözlərinə görə, 2016-cı ilin fevralında “üzən məzənnə” rejiminin prinsiplərinə əsasən, Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirdi, Dövlət Neft Fondu isə valyuta hərraclarının şəffaf keçirilməsini təmin etdi: “Məzənnənin nizamlanmasının yeni rejiminə keçidi pul siyasətinin sərtləşdirilməsi və faiz dərəcəsinin artması ilə müşayiət olundu. Digər dövlət orqanları ilə birgə pul bazası ciddi nəzarət altına alındı”.

E.Rüstəmov qeyd edib ki, 2016-cı ilin əvvəlindən ölkədə pul bazası 11 faiz artıb. Bu artımın əsas amili isə ölkədə maliyyə sabitliyinin dəstəklənməsi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=83822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31