Azərbaycan 1 milyard dollar kredit aldı

07.12.2016 - 10:44

dollar-30Asiya İnkişaf Bankı (AİB) dünyada ən iri qaz yataqlarından biri olan “Şahdəniz 2” layihəsinin genişləndirilməsi məqsədi ilə dövlət və özəl sektora 1 mlrd. dollar ayırıb.

AİB-in saytında verilən məlumata görə, maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 mln. dollar vəsaitin ayrılması və əlavə 500 mln. dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.

Məlumatda bildirilib ki, AİB-in maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan  Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilə bilər.

 “AİB 2015-ci ildə özəl sektor vasitəsi ilə Şahdəniz qaz yatağının genişləndirilməsi üçün layihəyə güclü dəstək verib. Cənub Qaz Dəhlizinə təklif olunan yardım AİB-in bu mühüm layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamın  bariz nümunəsidir”, – deyə AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas məqsədlərindən biri olan Şahdəniz layihəsinin genişləndirilməsi ölkənin uzunmüddətli gəlirlərini təmin etməyə və Avropaya qaz ixracının şaxələndirilməsinə xidmət edəcək: “AİB-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına, eləcə də Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin daha da inkişafına kömək edəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31