“Dollar sonradan kimlərinsə əli ilə “qara bazarlar”a buraxılır”

07.12.2016 - 11:23
dollar-sonrMilli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov dolların “qara bazarı”ndan danışıb və bunun ölkə üçün çox böyük fəsad olduğunu bildirib.  “Bu gün Azərbaycanda dolların “qara bazar” haradan yaranır? “Qara bazar”a külli miqdarda dollar hardan, kimlərin əli ilə daxil olur ?!”
Deputat bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazarlar”a buraxılır:
“Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları “qara bazar”a buraxaraq külli miqdarda pullar qazanırlar. Hüquq-mühafizə orqanları axı niyə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar?! Çox xahiş edirəm! “Qara bazar” məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83885

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31