AİB-dən Azərbaycana daha 500 milyon dollar

07.12.2016 - 13:55
jhggfAsiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın şaxələndirilməsindən ötrü Azərbaycana 500 mln. dollar kreditin ayrılmasını təsdiqləyib.
APA-nın xəbərinə görə, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək. Yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılmasından ötrü iqtisadiyyatın şəxələndirilməsinə xərclənəcək.
«AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf, hərtərəfli artıma yardımı təmin edəcək», – deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Sean O’Sullivan bildirib.
Onun deməsinə görə, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.
1 MİLYARD AYRILIB
Asiya İnkişaf Bankı «Şahdəniz 2» layihəsinin genişləndirilməsi məqsədilə isə Azərbaycanda gözlənilən 1 mlrd. dolları isə artıq ayırıb.
Xəbərdə qeyd edilir ki, maliyyə dəstəyinə «Cənub Qaz Dəhlizi» QSC-dən ötrü 500 mln. dolların ayrılması və əlavə 500 mln. dollarlıq kreditə zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq bankların QSC-yə verilən 526 mln. dollarlıq kommersiya kreditlərinə aiddir.
Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur. Hələ, bu ilin əvvəlində SOCAR rəsmiləri bildirmişdilər ki, Azərbaycana bu layihə üzrə öhdəliklərini yerinə yetirməkdən ötrü 7 milyard dollara yaxın vəsait lazımdır
(“Azadlıq” radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=83921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31