Azərbaycanda qısamüddətli banklararası kreditlər kəskin bahalaşıb

08.12.2016 - 13:17
Azərbaycanda banklararsı kreditlər üzrə orta fazi dərəcəsi həm manat, həm də valyuatada yüksəlib. “Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Hesabata əsasən, banklararası manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,5 faiz bəndi artaraq cari il oktyabrın 1-nə 7,12%, xarici valyutada isə 0,06 faiz bəndi artaraq 5,42%-ə çatıb.
Bildirək ki, qısamüddətli kreditlərdə, o cümlədən bir aylıq və 1-3 aylıq manatla kreditlərdə artım daha kəskin olub. Bir aylıq manatla kreditlər üzrə faiz dərəcəsi 1,44%-dən 8,90%-ə, 30-90 günlük kreditlər isə 5,90%-dən 17,42%-ə yüksəlib.
Bir ildən yuxarı müddətə verilən manatla kreditlərin faizləri isə 0,09 faiz bəndi azalaraq oktyabrın 1-nə 4,77% təşkil edib.
Xarici valyutada kreditlərdə isə bir aylıq kreditlər 2,46%-dən 4,27%-ə yüksəlib, 30-90 günlük kreditlər üzrə isə dəyişməyərək 17,22% olub.
Bir ildən yuxarı xarici valyuta olan kreditlər aylıq müqayisədə 0,03 faiz bəndi bahalaşaraq oktyabrın 1-nə 4,70% təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=83996

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728