Azərbaycan OPEC görüşündə hasilatın azaldılması ilə bağlı öz təklifini verəcək

08.12.2016 - 14:04

Azərbaycan OPEC və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının azaldılması üzrə konkret təkliflər irəli sürəcək.

Cumhuriyyet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” Azərbaycan Energetika Nazirliyinin nümayəndəsinə istinadən məlumat verir.

Məlumatda deyilir: “Azərbaycan öz neft hasilatı kvotasını Rusiya və OPEC-ə daxil olmayan digər ölkələrin nəzərdə tutduğu hasilat azalmasının faiz nisbətinə uyğun olaraq müəyyən etməyi planlaşdırır”.

Qeyd edək ki, OPEC-in digər ölkələrlə görüşü noyabrın 30-da Moskvada keçirilməli idi, lakin sonradan görüş təxirə salınıb və dekabrın 10-da Vyanada keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=84007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930