“Azərişıq” ASC nizamnamə kapitalını kəskin artırdı

12.12.2016 - 12:47

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərişıq” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 131 050 000 ədəd adi səhmlərin əlavə buraxılışı (AZ1001001176) dövlət qeydiyyatına alınıb. Emissiyanın həcmi 262,1 mln. manat təşkil edir. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Dəyişikliklə ASC-nin nizamnamə kapitalı 42,1% artaraq 885 633 532 manata çatdırılacaq və onun səhmlərinin sayı 442 816 766 ədəd olacaq.

Bu fevralında Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə qərarına dəyişiklik edib. Dəyişikliklə “Azərişıq” ASC-nin nizamnamə kapitalının artırılması nəzərdə tutulub və yeni emissiya məhz bu qərarın icrası məqsədi ilə həyata keçirilir. İndiyədək şirkətin nizamnamə kapitalı 623 533 532 manat, onun səhmlərinin sayı isə 311 766 766 ədəd olub. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=84163

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728