Çin şirkəti azərbaycanlı işçiləri ixtisara salır

12.12.2016 - 12:52

Azərbaycanda fəaliyyət göstərən Çinin “Petro-HongKong-Pirsaat Oil limited” şirkəti yerli işçilərin ixtisarına başlayıb. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şirkətdə çalışan azərbaycanlı işçilər tərəfindən təşkilata müraciət daxil olub. “Ölkədə reallaşdırılan neft layihələrində podratçı, subpodratçı qismində iştirak edən şirkətlərdə işçilərin ixtisarı aparılır. Çin şirkətində də işçilərə dekabrın 12-dək vaxt veriblər. İşçilərin sözlərinə görə, sabahdan ixtisarlar olacaq. Şirkət son 2 ayda 30-a yaxın əməkdaşını işdən çıxarıb”, – M.Qəhrəmanlı deyib.

Şirkətdə çalışanların əksəriyyəti mülki müqavilə və ya aylıq müqavilə ilə işləyiblər. “İşçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Təşkilat şikayəti araşdırır. Şirkət Ələt və Pirsaatda fəaliyyət göstərib. Hazırda ölkədəki digər əcnəbi şirkətlərində də yerli işçilərin ixtisarı gedir”, – təşkilat rəhbəri deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=84165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728