“SOCAR Georgia”: Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq

16.12.2016 - 13:50

Ötən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində baş verən qəzanın nəticələri aradan qaldırılıb.

 
Bu barədə “Report”a “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib: “Magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş verib. Qəza nəticəsində 49 min abonentin qaz təchizatı dayandırılıb. Artıq qəzanın nəticələri aradan qaldırılıb. Qazı mənzillərə vermədən öncə müəyyən xəbərdarlıqlar, maarifləndirmə məlumatları verilməlidir. Yalnız bu məlumatlardan sonra mənzillər qazla təmin olunur”.
Onun sözlərinə görə, bu gün axşam saatlarınadək 34 min abonentin qaz təchizatı bərpa ediləcək.

 
M.Məmmədov qeyd edib ki, gecə saatlarında mənzillərə qaz verilişinin bərpası təhlükəli olduğundan, sabah səhər digər 15 min abonentin qaz təchizatı da bərpa olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=84581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930