Çin əhalisi yuandan imtina edir

20.12.2016 - 14:30

Çin milli valyutası yuanın məzənnəsi aşağı düşdükcə, əhali dollar hesabı açmağa tələsir. Rəsmi statistikaya əsasən, Çində bu ilin əvvəlindən əhalinin dollar hesabları 32% artım göstərib. Buna səbəb yuanın dollarla müqayisədə məzənnəsinin son 8 ilin minimal səviyyəsinə enməsi amili göstərilir.

Yuanın ucuzlaşması isə öz növbəsində Çindən kapital axınının güclənməsi ilə izah olunur. Kapital axını Çin iqtisadiyyatının yavaşlaması fonunda baş verir. Kapital sahibləri iqtisadiyyatın daha da yavaşlamasından və yuanın devalvasiyasının davam etməsindən ehtiyat edərək vəsaitlərini xaricə çıxarmağa davam edirlər. Çin Xalq Bankının (Mərkəzi Bank) hesabatına əsasən, dollar hesablarının sayında artım digər valyutalardakı hesabları 4 dəfə üstələyir.

Gərginlik yaradan amillərdən biri də ABŞ-Çin münasibətləridir. Onsuz da hər zaman ticarət müharibəsində olan bu iki ölkənin əlaqələrinin ABŞ-da D.Trampın prezident seçilməsi ilə daha da çətinləşəcəyi gözlənilir. Belə ki, Tramp rəsmi şəkildə vəzifəyə başladıqdan sonra Çini manipulyator adlandırmağa və Çin mallarına əlavə vergi tətbiq etməyə hazırlaşır.

“Reuters” agentliyinin əhali arasında keçirdiyi sorğuya əsasən, bir çox insan dollar aldığını və əlavə vəsaitləri olarsa, yenə də almaq istədiklərini vurğulayıblar. Bununla yanaşı qeyd edək ki, Çində əhalinin valyuta depozitlərinin həcmi şirkətlərin, bankların və zəngin insanların hesablarından daha azdır. Son statistikaya görə, məcmu valyuta depozitlərinin həcmi 702,56 mlrd. dollar təşkil edir ki, bunun da 118,72 mlrd. dolları və ya 17%-i əhalinin depozitləridnin payına düşür. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=84831

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728