Kondisioner idxalında rekord artım

22.12.2016 - 14:36

2016-cı ilin 10 ayı ərzində Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 dəfə – 76,187 min ədədə qədər artıb. Bu barədə “Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 18 mln. 519,3 min dollar məbləğində qiymətləndirilir (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,4 dəfə).

Yanvar-oktyabr aylarında hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. Cari ilin 10 ayı ərzində Azərbaycana  33 mln. 117,5 min dollar dəyərində 187,1 min ədəd hesablama maşını, blok və qurğusu (artım 3,1 dəfə) idxal olunub.

Bundan başqa, yanvar-oktyabr aylarında respublikaya ofis, mətbəx və yataq mebellərinin idxalı 2,1 dəfə – 70,42 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $12 mln. 974,7 min (artım 2,6 dəfə) təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=85021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728