Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə gətirilib

23.12.2016 - 11:50

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub.

Fonddan məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X. Əhədov dekabrın 8-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.

APA

Short URL: http://www.cumhuriyyet.net/?p=85066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728