“Fitch” agentliyi “Azsığorta”nın reytinqini aşağı salıb

23.12.2016 - 12:02

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (İFS) reytinqini “B+” səviyyəsindən “B”-yə endirib.

“Report” xəbər verir ki, Agentlik “Azsığorta” ASC-nin reytinqinin aşağı salınmasını şirkətin biznes profilinin zəifləməsi və 2017-ci ildə vəziyyətin önəmli dərəcədə bərpa oluna bilməyəcəyi ilə əsaslandırıb.

Reytinqin azaldılması, həmçinin şirkətin 2016-cı ilin III rübünün yekunlarına əsasən əməliyyat rentabelliyinin kəskin azalması ilə izah edib. Reytinq həm də şirkətin mənfəətinin böyük hissəsinin səhmdarlar arasında bölüşdürülməsini özündə əks etdirib.

Agentliyin məlumatına görə, 2016-cı ilin III rübündə “Azsığorta” ASC-nin məcmu sığorta daxilolmaları Azərbaycanda makroiqtisadi mühitin pisləşməsi fonunda illik müqayisədə 34% azalıb. Şirkətin portfelində ən gəlirli istiqamət olan yüklərin sığortalanmasından daxilolmaların xüsusi çəkisi 2015-ci ilin III rübündəki 28%-dən bu ilin analoji dövründə 4%-ə düşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930