Bakının mərkəzində mənzillər ikiqat ucuzlaşdı

23.12.2016 - 13:05

Bakının mərkəzi hissələrində mənzillərin kütləvi satışına başlanılıb.

Fins.az-ın məlumatına görə, söhbət metronun “28 May” stansiyasından “Sahil” və Tibb Universitetinə qədər, eyni zamanda “Nərimanov” stansiyasına yaxın ərazilərdən gedir.

Ekspert Vaqif Hüseynov əmlak bazarındakı vəziyyətdən danışıb:

“Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır. Heç kim təsəvvür edə bilməzdi ki, “28 May” metrostansiyasının yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir.

Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb.

Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma, xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir”.

V.Hüseynovun sözlərinə görə, evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib.

Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərin də sayında müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40% artıb.

İqtisadçı qeyd edib ki, “Sahil”, “İçərişəhər”, “Gənclik” metrostansiyaları, Nizami küçəsi kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930