Azərbaycana ayrılan 500 milyon dollar kreditin şərtləri məlum oldu

23.12.2016 - 13:40

Asiya İnkişaf Bankının (ADB) Azərbaycana 500 mln. ABŞ dolları məbləğində ayırdığı kreditin şərtləri məlum olub.

Kredit 5 il müddətində verilib.

LİBOR+2% dərəcəsi ilə ayrılan kreditin ilk 3 ili güzəşt müddətidir ki, bu dövr ərzində Azərbaycan hökuməti yalnız borc üzrə hesablanmış faizləri geri qaytaracaq. Növbəti iki ildə isə Azərbaycan hökuməti əsas borcu da geri qaytarmağı öhdəsinə götürüb.

Qeyd edək ki, ADB-nin Direktorlar Şurası dekabrın 7-də Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 mln. dollarlıq kreditin ayrılması ilə bağlı qərar qəbul edib.

Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 mlrd. dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq. Bu kredit ümumilikdə 3,7 mln. insanın yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək. Həmçinin, ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 mln. dollar ayırıb.

Xatırladaq ki, kreditin ayrılması ilə bağlı saziş dekabrın 8-də ADB-nin Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov və Azərbaycanın maliyyə naziri Samir Şərifov tərəfindən imzalanıb. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=85122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728