Dollar bu gün neçəyədir? – rəsmi valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən musavat.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,21% zəifləyərək 1,8400 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5013 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1623 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 1,69% möhkəmlənərək 0,6546 manat olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=85204