Bu gündən Azərbaycandan ixrac edilən saflaşdırılmış mis gömrük rüsumuna cəlb ediləcək

12.02.2017 - 16:40

Bu gündən Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 12 yanvar 2017-ci ildə dərc edilən və bu gün qüvvəyə minən “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, fevralın 12-də qüvvəyə minir. Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.

Qərar 5 il müddətində qüvvədədir

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930