“AccessBank”ın rəhbəri dəyişib

13.07.2017 - 11:57

İyulun 6-da “AccessBank”ın səhmdarlarının ümumi yığıncağı keçirilib

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb.

Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub. Nəticədə Müşahidə Şurasının yeni sədri və üzvü seçilib. Müşahidə Şurasının yeni sədri Yan Klasen seçilib. O, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Şuranın yeni üzv qismində isə Emre Yıldız daxil olub.

“Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdirlər və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışırlar”, – deyə bankın açıqlamasında qeyd edilib.

Hazırda bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:

– Yan Klasen – sədr;
– Sayed Aftab Ahmed – üzv;
– Tomas Enqelhardt – üzv;
– Rayner Müller-Hanke – üzv;
– Emre Yıldız – üzv.

Short URL: http://www.cumhuriyyet.net/?p=96467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31