Türkiyədə SOCAR-ın 346 işçisi xəstəxanaya aparıldı
Türkiyənin İzmir şəhərində SOCAR-ın işçiləri zəhərlənib
Cumhuriyyet.net Ölkə.Az-a istinadən xəbər verir ki, İzmirin Əliağa adlanan ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Star Rafineris”i inşaatında işləyən 346 işçisi qida zəhərlənməsi səbəbi ilə xəstəxanaya aparılıb.
Həmin işçilər günorta yeməyi yedikdən sonra ürək bulanması və baş gicəllənməsi şikayətləri ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanaya aparılan işçilərin müayinə edilərək evə buraxıldığı bildirilir.
Yeməklərdən nümunələr götürülərək incələnmək üçün laboratoriyaya göndərilib.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=96529