Benzinin qiymətinin artmasının – 7 SƏBƏBİ

15.07.2017 - 21:27

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib

Cumhuriyyet.net caspianbarrel.org-a istinadən xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən,  Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.

Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.

Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib?

– ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;

– ekoloji mühitin yaxşılaşdırılması;

– artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;

– neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi;

– ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;

– artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;

– benzin ixracından xarici valyuta gəlirlərinin azalması.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96618

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31