Problemli kreditlərin həcmi bir ildə 15 faizə yaxın artıb

17.07.2017 - 20:08

Credit Trap, Predatory Lending, Man Caught

2017-ci il iyunun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq milli valyuta ekvivalentində 14794,0 milyon manat olub

Cumhuriyyet.net Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi kredit portfelinin 11774,2 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 32,2 faizi dövlət, 65,1 faizi qeyri-dövlət bankları, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə 1739,8 milyon manatın ödəmə vaxtı keçib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930