Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri artırılıb

19.07.2017 - 12:05

Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək

Cumhuriyyet.net  apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

İndiyə qədər belə səlahiyyət “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub.

Digər dəyişikliyə əsasən, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96963

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930