Rusiya Bakı pomidorunu niyə qəbul etmədi – Ekspert

28.07.2017 - 09:09

Son zamanlar Rusiyaya ixrac olunan məhsulların geri qaytarılmasına səbəb ətraf mühitin qorunmasına dair problemlər olur

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətin əməkdaşlarının (“Rosselxoznadzor”) Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməməsinin səbəblərini şərh edərkən deyib.

“Fikrimcə, təzə pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verilməməsinə səbəb fitosanitar tələblərin pozulması olub. Çünki Azərbaycanda bəzi bitki xəstəlikləri var. Fitosanitar xidmətlər həmin bitki xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bu cür addım atır. Azərbaycandan ixrac olunan məhsullarda insan orqanizmi üçün zərərli maddənin olması mümkünsüzdür. Ona görə ki, ixrac olunan məhsullar ayrıca yoxlanıldıqdan sonra xaricə göndərilir”, – ekspert bildirib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31