Azərbaycanın kredit reytinqi təsdiqləndi

30.07.2017 - 08:30

S P-US Credit Outlook

“Standard and Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini apararaq müvafiq hesabatını açıqlayıb

Cumhuriyyet.net Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək müvafiq olaraq “BB+/B” səviyyəsində, “mənfi” proqnoz ilə saxlayıb.

“Standard ənd Purz” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu göstərilir.

Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31