“JP Morgan”: Qlobal neft tələbatı 2035-ci ilədək 15 faiz azalacaq

23.08.2017 - 16:32

Qlobal neft tələbatı 2035-ci ilədək 15 faiz azala bilər.

Bu barədə dünyanın ən böyük banklarından olan “JP Morgan” məlumat yayıb.

“JP Morgan”a görə, elektromobillər çoxlu sayda maşın təmiri mərkəzi və neft istehsalçılarının zərərə düşməsinə səbəb olacaq. Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri 2025-ci ildə qlobal bazarın 35 faizinə yiyələnəcək. 2030-cu ilədək isə bu nisbətin 48 faizə çatması gözlənilir. Bank 2025-ci ildən sonrakı dövr bu sahəyə marağın artması nəticəsində qlobal neft tələbatının 2035-ci ilə qədər 15 faiz azalacağını proqnozlaşdırır.

Xatırladaq ki, “JP Morgan” həm də dünyanın ən bahalı banklarındır. Ötən il “JP Morgan”ın kapitallaşması təxminən 240 milyard dollar təşkil etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=98591

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31