Yadlığı bizdən qoruyanlar
Ürəyinizdə
Günəş olsun sayğılı yurddaşlarımız!
Asif
Atanın Evladlarına belə bir buyruğu var: “Xalq sizi gözləməyən görünür, əslində isə o
sizi gözləyir”. Biz, Atalılar, Asif Atanın bu çağırışına üz tutub daim xalqın
görüşünə gedirik. Hər dəfə fərqli münasibətlərlə qarşılaşırıq. Bizə etiraz
edənlər də var, sayğı bəsləyənlər də. Hətta biganə, yaxud tərəfsiz qalanlar da.
Ən çox etirazlar dinə görə baş verir. Artıq toplumda müəyyən bir bilgi
formalaşıb ki, Asif Atanın gəlişi, döyüşü dinin gedişi anlamı daşıyır. Toplumun
etiraz eləyən kəsimi fəlakətlərimizin kökündə nə dayandığının fərqinə varmır.
Toplumun bu zümrəsi milli, insani kimliyini dərk eləməyən və təbii ki, bu
səbəbdən də onun qeydinə qalmayan ruhani assimilyasiyaya uğramış adamlardır.
Bunların içərisində ərəbçilik, farsçılıq yöntəmli qüvvələrin təsirinə düşənlər
çoxluq təşkil edirlər. Bu cür adamların qəlbinə həqiqət sözü yad olur. Sayğı
bəsləyən insanlar da yaxşı anlamda çaşqınlıq və heyrət içində bizi dinləməkdən
milli, insani zəmində ümid tapırlar. Qaranlığın qatılaşdığı bir çağda heç bir
dəyərə sahib çıxmaq olmur. Dəyərlərə sahib çıxılmayanda isə insanların özləri
sahibsizləşirlər. Biz bir millət olsaq da, hər bir fərdimiz təkdir. Çünki
insanları bir-birinə bağlayan nəsnə qalmayıb. Belə bir gedişdə Asif Atanın
Evladları sözün həqiqi anlamında yeganə xilaskar vətənsevərlərdir. Asif Atanın
Ocağından başqa toplumun içində heç kim, heç bir qüvvə milli, insani yöndən söz
demir, iş aparmır… Azərbaycanda iş aparan missionerlər var. Ancaq bu qüvvələr
milləti özünə tanıtmaqla, onun dəyərlərini özünə qaytarmaqla məşğul olmurlar.
Başqa xalqların (əslində isə siyasətlərin) məqsədlərini yeridirlər. Bu durumu
anlayan soydaşlarımız artırmadan deyə bilərik ki, Asif Ata Ocağından yeganə ümid
tapırlar. Biz bu əhvallarla bölgələrdə daha çox üzləşirik.
Asif
Atanın işi asta yerişlə olsa da, bir çox bölgələrdə yeriməkdədir. Ocağın
fədakar Evladları bu işi yeritməkdən usanmırlar. Onu da demək olar ki, Azərbaycanın
başqa bölgələri ilə müqayisədə bu iş Beyləqanda daha geniş vüsət alıb. Bu da
onunla bağlıdır ki, bu bölgədə uzun illərdir davamlı iş aparan Amaldaşımız
Günev Atalı və ona bağlı ayrı-ayrı fərdlər var. Günev Atalı, ictimai anlayışla
desək, çox cəsarətli, hər kəsə örnək ola biləcək bir ziyalıdır. Ruhaniyyat
ölçüsüylə desək, bənzərsiz, özündən keçən ruhani bir döyüşçüdür. O, heç vaxt
insanlara acıqlanmır, ona yamanlıq edən, etmək istəyən kəslərdən üz döndərmir.
Hər kəsə sevgiylə, inamla yanaşır. Qəlbinin gözəlliklərindən doğan İnsanilik
hikmətini heç kəsdən əsirgəmir. Bu ona görədir ki, Günev Atalı millətini ciddi
bir səmimiyyətlə sevir. Millətinin insanlarında milli şüurun oyanması üçün
əlindən gələni edir, zəhmətlərə qatlaşır. Təbii ki, o bu işdə Amaldaşlarına
söykənir, Ocaqdan güc alır. Günev Atalı öz bölgəsində çox işlər görür, görüşlər
keçirir. Eləcə də toyda, vayda daim ruhani söz söyləyir, Asif Atanın ideya-prinsiplərini
çatdırmaq üçün ərkyana münasibətlər sərgiləyir, müdaxilələr edir. Ancaq etiraz
edən olanda da qarşıdurmalara getmir. Ehtiyacı olanlarla ünsiyyətini davam
eləməkdən isə geri durmur. İllərdir, Günev Atalı belə bir ömür yaşayır. Hər cür
basqılara, tənələrə sinə gərib öz soyundan olan insanları milli dəyərlərə sahib
çıxmağa və millət olmağa böyüdür.
Günev
Atalıya qarşı münasibət yalnız anlamsızlıqdan irəli gəlmir, təəssüf ki,
bunların arasında sayca az da olsa, qərəzli Qaragüruh da var. Bayaq dedik ki,
Günev Atalıya fərqli münasibətlər onda acıq doğurmayıb. Əksinə, hər kəs
sevgiylə qarşılanıb. Ancaq elə məqamlar var ki, burada sevgi sözünü işlətmək
mümkün deyil. Ruhaniyyatda sevgi görüntüsü yaratmaq, nələrisə ört-basdır eləmək
özünü doğrultmur. Ona görə də Qaragüruhun axmaqlığını və axmaqlıqdan doğan
amansızlığını açıb göstərmək və ifşa etmək doğrudur. Milli qurulmağa ziyan verən
kəslər, kimliyindən asılı olmayaraq, tarixin və gələcəyin nifrətiylə
damğalanmalıdır…
Bu
günlərdə Günev Atalı anasının ölümü ilə bağlı öz evində yas mərasimi təşkil
elədi. Bu mərasimə öz elindən və yaxın-uzaq kəndlərdən xeyli adam qatılmışdı. Günev
Atalı elan elədi ki, ortaya dəftər qoyub pul toplamayacaq və növ-növ təamlardan
ibarət ehsan süfrəsi təşkil etməyəcək. Bütün bunlar onun Amalına, ümumiyyətlə
insani tələblərə uyğun deyil. Hamı üçün çay süfrəsi açılacaq. Uzaqdan gələnlər
isə süfrəmizdə duz-çörəyə qonaq ediləcək. Burada məqsəd əsasən milli ruhda söz
deyib mərasim keçirməkdir.
Beləliklə,
Günev Atalı anası və onun yas mərasimi haqqında yığcam söz dedi. Sonra isə
Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıya söz verdi. Ancaq Soylu Atalının
sözünü ortada kəsdilər və süni hay-həşir saldılar. Həşir salanlar 4-5 nəfər, qabaqcadan
planlı şəkildə hazırlanmış adamlar idilər. Əslində məsələ heç də dini-filanı
qorumağa görə deyildi. Çünki orada heç dinin adı tutulmurdu da. Sadəcə Günev
Atalıya qarşı cismanı qardaşı Əliyev Ələsgərin qərəzli və qısqanc münasibəti
3-4 adam tərəfindən icra olunurdu. Bu adamlar ya psixoloji problemlər
yaşayırlar, ya da arxalarında İran-şiə təsiri dayanır (hələ Atanın sağlığında
biz orada mollaların əliylə İranın təsirini dönə-dönə müşahidə etmişdik.
Sonralar bu təsir Günev Atalının şəxsində Ocağa qarşı yenə özünü göstərmişdir).
Çünki bir adamın qısqanc və qərəzli münasibətinə başqalarının qoşulması əsaslı
məntiq ortaya çıxarmır. Ən azından ona görə ki, Əliyev Ələsgərə orda sayğı bəsləyən
yoxdur, baxmayaraq ki, həşirçilər eyni soyadı daşıyırlar: Əliyev İnşallah,
Əliyev Yolçu, Əliyev Ələddin…
Burada
biz Soylu Atalının çıxışını yığcam şəkildə təqdim eləməklə nəyə qarşı etiraz
olduğunu göstərmək istəyirik: “Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün amaldaşımız Günev Atalının anası Zümrüd xanımın ölümü ilə bağlı ona və
başqa yaxınlarına başsağlığı veririk. İstəyirik ki, yurdumuzda, haqqımız çatan
bir ünvanda milli mənliyimizi ifadə edən bir dildə və üslubda söz deyək. Bu bizim
milli, insani haqqımızdır… Zümrüd xanım 7 övlad böyüdüb. O, övladlarının hər
birinin beşiyi başında layla deyib və öz dilinin həzinliyini, gözəlliyini
körpələrinin yaddaşına yazmaqla özünün milligələcəyini əmniyyət altına almışdır. Əslində bütün analarımız
bilərəkdən, ya bilməyərəkdən bu işi həyata keçirir. Ona görə danışdığımız dilə
ana dili deyirik və qutsal sayırıq. Anamızın layla dili qutsaldır, onu bütün
hallarda qorumalıyıq. Eyni zamanda anamız bizi layla diliylə böyütdüyü halda,
bizim haqqımız yoxdur ki, ona yad dildə layla deyək, yad dildə ağırlayıb sonevə
yola salaq. Anamıza qarşı bu münasibət özünə yadlaşmağa, milli kmliyini itirməyə
gətirib çıxarır…
Layla
insana iki dəfə deyilir – bir körpəlikdə, bir də öləndə. Bunlardan biri
qaçılmaz surətdə ana dilində olsa da, ikincisi milli ərdəmliksizlik ucbatından
ərəb dilində olur. Anamızı onun öz dilində deyil, başqa dildə ağırlamaq isə
təhqirdir. Ağırlamaq – ölənin qeyrətini, ləyaqətini, özündən keçməsini,
əməyini, balasına, millətinə, dəyərlərinə sevgisini qalanların ağlına,
sevgisinə yazmaqdır, qalanlara ölümü, həyatı anlatmaqdır…”
Baxın,
Qaragüruh hansı fikrə, düşüncəyə mane olur?!
Buna baxmayaraq, mərasimdə iştirak edənlər
çoxluq etibarilə məmnun qaldılar. Hətta onlardan 15- 20 nəfərə qədəri axşamüstü
Asif Atanın Ocağını dinləməyə qayıtdılar. Bu söhbətlərdə Soylu, Günev, Güntay
Atalılar, Ocaqdostu Ağşın Ağkəmərli milli, ruhani söz dedilər, çoxsaylı
suallara cavablar verildi. Hətta ideoloji yöndən fikir bölüşmələri həyata
keçirildi…
Qadınlar
kişilərlə bir məclisdə deyildilər. Qadınların da içərisində Qaragüruhun
nümayəndəsi vardı. Ancaq cəsarəti çatıb mane ola bilmənişdi. Göylü, Üstün,
Elana Atalılar Ocaq yönündən söz deyib quralları icra eləməklə qadınlar
arasında heyrət doğurmuşlar. Bir gün sonra Günev Atalıya qohum olan qadınlardan
bəziləri ailələri ilə birlikdə “Ulufərəh” Ocaq Ailəsinin “Ailə Günü” mərasiminə
qatılmağa gəlmişdilər. Onların etirafına görə əvvəllər Asif Atanın Ocağını
Vəhhabi tipli qurumlarla müqayisə edirmişlər. Lakin Ocaqçıları dinlədikdən
sonra səmimi rəğbətçilərə çevrildiklərini bildirdilər. Onların içərisində
Bakıda, Sumqayıtda yaşayanlar da vardı. Ocağın mərkəzinin Bakıda olduğunu
bildikləri üçün ünvan götürdülər və Ocaqla əlaqə saxlamağın özləri üçün qürur
hissi olduğunu vurğuladılar.
Ocağın
döyüşü, yaşamı həm bir tarixdir, həm də həyatın özüdür. Necə deyərlər, Xeyirlə
Şərin döyüşüdür. Şər üstələyir, ancaq qalib olmur, olmayacaq! Asif Ata Xeyirin
qələbəsi üçün döyüşdü və bu, dönməz xarakter aldı. İndi onun işi, döyüşü böyük
bir ərdəmliklə Evladları tərəfindən davam etdirilir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Asif
Atanın Mütləqə İnam Ocağı
Od Ayı, 36-cı il.
(iyul,
2014.)
Short URL: http://www.cumhuriyyet.net/?p=10505