Sadələşmiş faciə

06.08.2014 - 02:27

Müharibə.  Bu sözü intelektual elmi texniki inkişaf səviyyəsi ilə sələflərini çox-çox geridə qoyan müasir  qloballaşan və qloballaşmağa davam edən özüdə istəmədən siyasiləşən cəmiyyətdə hər gün eşidirik. Cəmiyyətin hər bir fərdi iradi ya qeyri iradi olaraq siyasiləşməkdədir və bu qlobal siyasiləşmə oyununun qurbanına çevrilməkdədir. Siyasətdə qurbanlar qoyun yox zəif insanların yaşadığı zəif ölkələr olur. Zəif dedikdə hansısa ölkəni yaxud kimlərisə aşağılamaq fikrində deyiləm qətiyyən. Sadəcə olanlara real yanaşmaq istəyirəm.

Müharibəni  pisxoloji olaraq sadə bir məfhum kimi qəbul etməkdəyik. hər gün internet , televizya və başqa KİV -dən  yarı doğru yarı yalan məlumatlarla beynimiz o qədər dolub ki sanki heçnə olmayıb və təhlükə var deyə deyə soyuqqanlı yanaşmağı öyrənməkdəyik. Soyuqqanlılıq yaxşı haldır Böyük dövlətlərdə soyuqqanlı siyasət yeridirlər, lakin vay olsun o kiçik dövlətlərəki qurbanlıq olmaqlarına soyuqqanlılıqla yanaşırlar.

Yaxın şərqdə İsrail Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar cavabında isə Rusiya İran və başqa maraqlı qüvvələr tərəfindən dəstəklənən Həmasın İsrailə qarşı partizan hücumları və həmişədə bir birini qarşılıqlı olaraq ittiham etmələri  artıq sadə hal alıb. Daha faciəlisi budur ki bu halla artıq regionda yaşayan insanlar barışıblar necə deyəllər bu qətliamlar sadələşib onlar üçün.

Suriyada baş qaldıran ərəb baharının son dalğası olan qiyamçılar Liviyada Qəddafini təhqiramiz şəkildə öldürdükdən sonra daha da, aktivləşdilər. Əsəd isə Qəddafi kimi  məğlub olmadı o siyasi iradə nümayiş etdirdi gözləntilər bu idi ki  qiyamçılar təslim olacaq yaxudda sadəcə qırılıb  qurtaracaqlar. Qiyamçılar qırılıb qurtarmadılar regionda müharibə bitmək bilmədi əvəzində demokratiya və atom axtaran ABŞ ın İraq hökümətini təyinatını siyasi olaraq dəyişərək böyük bir hərbi paliqona çevirməsi və dünyanın hər yerindən gələn siyasi islami qiyamçıların əlinə keçdi yaxudda təhvil verildi. Beləliklədə yeni proses başladı. İŞİD … İraqda yaşayan şiələr, kürdlər, sünnilər, türkmənlər əvvəl Səddama , ABŞ-a , sonra bir birlərinə qarşı vuruşurdular indidə İŞİD lə vuruşmaq  çətin olsada qeyri adi olmayacaq vuruşmaq sadə bir vərdişdir bunlar üçün.

Bax bu cür millətlərin sadə qəbul edtikləri qurban olma prosesi bəzən qəbul etməsələrdə baş tutur Ukrayna da xalq parçalanmanı separatizmi sadə qəbul etmirdi ancaq tarixdə müharibələrə vərdiş etmiş və imperialist istəkləri uğrunda xalqları parçalamaq məhv etməyi sadə vərdişinə çevirən  Rusiya iki üzlü siyasət yeridən rəqibi Amerikadan heçdə geri qalmır. Ukrayna qəbul etməsədə Rusiya sadə yanaşır deməli qurban kəsilməli idi və belədə oldu  Krım adlı ərazi  siyasi xəritədə hərbi bıçaqla kəsildi.

Qafqazda isə məsələ bir az fərqlidi burda  qurbanlıq kəsilib sadəcə bu məsələdə siyasi marağı olan tərəflər hələdə öz aralarında bu qurbanı bölüşdürə bilmir və bu dönəmdə  neft pulları, amerika və avropaya yaxınlıq  necə deyərlər burda məsələ bir o qədərdə sadə deyil. Qonşuluqda olan Türkiyə və İran  digər tərəfdən ABŞ  maraqlarına  cavab verən neft layihələri məsələni bir az qəlizləşdirir. Kremlin sadə yanaşması ilə qarabağda törədilən qırğınlar və qarabağın alınmasından illər keçməsinə baxmayaraq bu məsələdə dövlət olaraq sadə yanaşa bilmədik və hələki qurban olmağı qəbul etməmişik  yaxudda bu cür görünmək istəyirik .

ABŞ Qafqaza girə bilmir Rusiya isə qafqazdan çıxmaq istəmir Digər qafaqaz ölkələrindən fərqli olaraq burda baş verənlər hələki sadələşməyib ancaq bu istiqamətdə Böyük Rusiya kiçik Ermənistan bıçağı ilə yenidən siyasi  sadələşdirmə əməliyyatı aparmaqdadır.

O, ermənistan ki siyasal qurluş və xalq olaraq bizdən fərqli olaraq istənilən siyasi güclərin maraqlarına cavab verir.

Vasif Abdullayev

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10619

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31