Görək Yuxarı nə deyir
Sovetlər dönəmində müttəfiq xalqların hər birində istər dövlət işləri istərsədə ictimai sosial
mədəni sahələrdə hər bir məsələyə əvvəlində və sonunda əsas sözü Kremil
deyirdi. Başsız xalqların rəhbərliyi
olan Kreml çox sözlər dedi çox işlər
gördü . İlk və son sözü demək hüququ
yalnız ona məxsus olduğundan Qafqazda ilk sözü Ermənistan oldu və elə bu sözdə
qafqaz türk müsəlman əhalisi üçün böyük birsiyasi bəlaya çevrildi. Bu Kremilhər zaman başımızın böyüyü məsləhət
verən əmir edən bir sözlə başa bəla
böyüyümüz oldu.
Elə indidə sovetdən qalma yaşlılar söz düşən
kimi deyirlər Moskva ilə oyun oynamaq olmaz.Hə bax bu yerdə yürüdülən siyasəti başa düşürəm siyasi oyunbazlıqda
xüsusi təcrübəsi olan Kremilin hər zaman
gözləntiləri qafqaz xalqlarının sözə baxan olub edilən diktəyə uyğun hərəkət
etmələrinə vardiş xəstəliyinə
tutulmasıdır . Bu siyasi xətəlik üzündən V.Putin Qafqazda müstəqil siyasət yeritmək istəyənqərb yönlü Türk müsəlman ölkəsinin siyasi fəaliyyətindən, neft gəlirlərindən
narahat olduğundan siyasi oyuna satart
verdi.
Hər zaman olduğu kimi bu dəfədə başımızın
üstündə Rusiya Kremil oldu yenədə dalaşan kimi onun yanına qaçdıq daha doğrusu
çağrıldıq . Okeanın o tayından ağıllı məsləhətlər verən A.B.Ş haqlı olduğumuzu
sözlə ifadə etməklə kifayətlənir sadəcə sülhü dəstəkləyirik müharibə ilə məsələnin həlli yolu yoxdur deməklə əslində bizə dəstək
vermək yox sadəcə burada olan enerji maraqlarına uyğun münasibət bildirməklə kifayətlənir. Hər
zaman istənilən münaqişənin həllində Rus faktoruna qısqanclıqla yanaşan ABŞ
Qarabağ münaqişəsində əksinə mövqe sərgiləyir.
Bir sözlə Ermənistan Dağlıq Qarabağı sülh yolu
ilə geri qaytarmır… ABŞ bu münaqişənin yalnız sülh yolu ilə həllini dəstəklədiyin
deyir… Azərbaycan biz sülh yolu ilə münaqişənin həllini istəyirik lazım olsa
müharibə edəcəyik… Rusiya isə heçnə
demir əvəzində Erməni ordusunu silahlandırır…Düzdür biz ölkə olaraq bir xalq olaraq torpaqlarımızı müharibə yolu ilə ala bilərik
buna bizim ən azından beynəlxaql hüquqla haqqımız çatır ancaq susan Kremlin siyasi maraqlarına cavab
verən status kvo bu torpaqların hələki
işğal altında qalmasıdır. Bütün bu olanların fonunda Azərbaycanın enerji
ehtiyatları satışı hesabına varlanması ermənistanın isə iqtisadi geriləmələri
üstəlikdə son günlər təmas xəttində gərginlik artması nəticəsi bu oldu ki hər
iki tərəf başa bəla böyük Kremlə üz
tutdularki görək yuxarı nə deyir…
Sarkisyan Azərbaycanın
apardığı siyasətdən Putinə şikayət etdi …
İlham Əliyev isə münaqişənin
çox uzandığın Putinə bildirdi…
Putin isə bu münaqişənin
Sovetlərin mirası olduğunu bildirdi …
Başa bəla böyüyümüz olan Sovet Rusiyası bizə
qoyub getdiyi miraz bax bu kilidlənmiş münaqişə oldu onun siyasi həllinin açarı
isə varisi Putinin əlindədir. Sovetlərin varisi kimi Kreml bu münaqişəni necə həll edəcəyini isə hələki açıqlamır bir sözlə yuxarı susur…
Qoşunların təmas xəttində baş verən gərginlik
səngiyəcəkmi ? Münaqişə həll ediləcəkmi? Müharibə olacaqmı ? Yaxudda münaqişə hələki
siyasi varisin istəyinə uyğun olaraq dondurulmuş vəziyyətdə qalacaqmı ? suallarıYuxarının iradəsindən aslı olaraq
reallaşacaq. Gözləntilərsə budurkimünaqişənin həllində Rusiya hələki heç bir yenilik olmasını istəmir …
Short URL: http://www.cumhuriyyet.net/?p=10829