Vətən güzaranımızdan arxada deyil

16.08.2014 - 21:53

Maddiyyatçılığın,
varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq,
xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu
qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə
çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…

Bəzən bu baxışların içində soyuqluq, qorxu,
yadlıq da görürəm, hətta mənə qarşı kobud davranmalar da görürəm. Bunu normal
qarşılayıram, əgər hər kəs Amalımı bilsəydi, onda mənim səfərlərimə də ehtiyac
qalmazdı. Bəzən insanlar həqiqəti bilmədiyi üçün qorxur, haytalanır. Gədəbəy səfərimdə
də belə halla qarşılaşdım. Mədəniyyət evində özümü təqdim edib, ədəbiyyatlar
verəndə bir qadın mənə dedi ki, heç bir Vəhabiçi Gədəbəydən salamat çıxmayacaq,
qarşısında məni görəcək. Mən onu dinlədim və onun bu dirənişini haqlı saydım. Ancaq
çox təəssüf ki, Azərbaycanın qapıları bu gün yad təriqətlərin, missionerlərin
üzünə daha çox açılır. Əgər bu gün biz, təhlükə hazırlayan yadlıqlara dirəniş
göstərməsək, sabah onlar dövlətimizin başında oturacaq. Qardaşı qardaşa düşmən edir, ananı baladan
ayırır, ailələri başsız qoyur bu dağıdıcı qüvvələr. Nə bir ziyalımız söz deyir,
nə bir məmurumuz tədbir görə bilir. Hər kəs demokratiya, tolerantlıq adlı torun
içinə düşüb. Bu gün Asif Ata Ocağı yeganə qüvvədir ki, onlara qarşı hər yerdə
açıq söz deyir, döyüşür. Cavanlarımızı Suriyaya daşıyıb, İŞID -ə əsgər göndərənlərin
məqsədi Azərbaycana zərbə vurmaqdır. Mənim bölgələrə səfərlərimin məqsədi də bu
proseslərə qarşı söz demək, insanları Asif Atanın Amalına çağırmaqdır.

Siz
çıxış yolunu, aldığınız 180 manat maaşın artmasında görürsünüz, ancaq bu məsələnin
həlli deyil. İnsan özünə sahib deyilsə, pulçuluq onun ləyaqətini ayaqlayacaq. Guya adamların
sosial durumu düzələndə hər şey əla olacaq. Aldatmayın özünüzü, bu gün məmurların
ki, heç bir korluğu yoxdur, bəs hanı onların millətsevərliyi, vətənsevərliyi,
xalqa yiyə durmaq istəkləri?! Onların düşüncəsi yalnız pul sayır və saraylar
tikdirir. Özünü yaratmır, varidatını yaradır. Varidatını yaradan xalqı yaratmaz…

Ona görə də xilas özünü yaratmaqdadır, – hal-hal,
fərd-fərd xalqın yaranmasındadır.

Gədəbəy
rayon kitabxanasında da bu yöndə söhbətlər apardım, ədəbiyyatlarımızdan hədiyyə
verdim…

Sabirabad
rayonuna səfərim də uğurlu oldu. Kitabxanaya kitablarımızı və başqa ədəbiyyatlarımızı
hədiyyə elədim. Diyarşünaslıq muzeyinin işçiləri ilə Amalımızın məqsədi haqda
danışdım. Söhbətin sonunda məndən Asif Ata Ocağından nə qədər maaş aldığımı
soruşdular. Sualı təbii qarşıladım, çünki söhbətimizdən aydın oldu ki, soydaşlarımız
Asif Atadan xəbərsiz idi. Asif Ata Ocağını heç kim maliyyələşdirmir. Amalımızın
bir adı da fədakarlıqdı. Ocaq bu gün öz Evladlarının fədakarlığı hesabına əməllər
həyata keçirir. Ocaq mənim fərəhimdir, xilasımdır, Onun xilaskar ideyalarını
xalqımıza çatdırmaq xoşbəxtliyini yaşayıram. Bəşərin xilasını İnsanlaşmaqda
görürük.

İnsanilik-İdeal
tələbi ilə yaşamaq və Ona qovuşmaq istəyidir.

İnsanilik
-Vətəni sevmək və onun uğrunda özündən keçmək deməkdir.

İnsanilik
– qorxaqlıq üzərində qələbə və hünərə yetmək deməkdir.

İnsanilik
– varidatçılıqdan, maddiyyata hərislikdənimtina deməkdir.

İnsanilik
– insanı, ulusu, bəşəri öz mənasına çatdırmaq deməkdir…

Bu tələblə
yaşamağın maddi, sosial qiyməti ola bilməz. Məni yaşadan, var edən mənim İnsaniliyimdir.
Bu Amalı yaşatmaq şərəfdir, ləyaqətdir və qeyrətdir!

Atamız Var olsun!

Qürub Ayı, 36-cı
il.

(avqust,
2014.) Saray-Soylu
.

Short URL: http://www.cumhuriyyet.net/?p=10898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31