İnternet mediası
Qəzetlər nə yazır ? AZ TV nə
deiyr ? İnternet mediyası bu sosial şəbəkə dedikdə ilk yada düşən Ərəb
ölkələrini cəhənnəmə çevirən Ərəb baharı çevrilişləri xalq üsyanları yaxın
şərqin siyasi xəritəsində baş verən Diktatorların və sadə xalqın
faciəsidir. Bu bahar faciəsindən dərs alan digər dövlətlərdə hakimiyyət
xəstəliyinə mübtəla olmuş bəzi bədbəxt xalqların rəhbərləri çox təşvişə
düşdülər və qabaqlayıcı tədbirlər görməyə başlayanlarda oldu , uzaq görənlik
edib çox əvvəldən işini ehtiyatlı tutanlarda oldu. Bu internet diyəsən
çox güclü bəladır haaaa… Onu ölkəyə buraxmayaq, Bu internet şəriətlə haramdır …
Bu internetə pul ayıraq inkişaına dəstək olaq adı ilə onada rüşvət təklif edək
… deyən siyasi rəhbərlərdə oldu.
İnkişaf etmiş ölkələrdə sosial şəbəkələrdə fikir paylaşımı və fəaliyyət
bizidən çox fərqlidir və nədənsə sosial şəbəkə dedikdə müxalifətin facebook
fəallarının həbsi , müxalif partiyaların realda edə bilmədiklərini internetdə
virtual olaraq qəhramanlıqları nümayiş etdirmələri yadıma düşür.
Siyasi
fəaliyyətin ən rahat yolu olan internet üzərindən fəaliyyət göstərmək az qala
siyasi partiyaları o dərəcədə iştahlandırmışdı ki çox az müddətdə
Azərbaycandada siyasi çevriliş baharı gətiriləcəyinə çoxları inanırdı.
Siyasətdən başqa hər işlə məşğul olan siyasilərin kiber arzularıda
mümkünsüz oldu. Hakim partiya virtual siyasi arzuların sonuna çıxdı buyerdə
yuxu filmində kasıb oğlanın rəis qızını yuxuda görməsi və buna görədə həbs
edilməsi kadrı yadıma düşür. İndi demək olarki sosial şəbəkə və facebook haqda
az qala qanun layihəsi hazırlamaq məsələsi vacibliyi ortaya çıxıb. Kokteylə
kotlet deyən hörmətli millət vəkili və digər deputatlarımızın işin gücün
çox vaxtında indidə internet , facebook nəbilim bu kimi virtual siyasi
xəstəlikdən qorunmaq üçün qanun layihəsi hazırmalağa məcbur olublar. İnternet
üzərindən fəaliyyət göstərən medya getdikcə artmaqda olan xəbər saytları ilə
formalaşmaqdadır.Və artıq neçə ildirki mediamıza ənənəvi olan suallar ortaya
çıxmışdır .
Keyfiyyət əvəzində kəmiyyəti
ilə gözə girmək prinsipləri ilə Azərbaycan internet medyası böyük bir
hissəsi real vəziyyətdə mövcud siyasi rejimin fəaliyyətinə dəstəkmi olur
ya əleyhinəmi işləyir ?
Qəzetlərin
məhkəməyə verilməsi ənənəsinin əsasını təşkil edən və bu hərəkətlərə situmul
verici qaranlıq idea haradan qaynaqlanır ?
Bunlar azmış kimi KİV- lər
özləri özlərini nə üçün məhkəməyə verir?
Hakim rejimin ilk rəhbəri Heydər Əliyev dönəmində Kütləvi İnformasiya
Vasitələrinə dövlət nəzarəti senzura və Mətbuat nazirliyi ləğv edildi . Bu
addım özlüyündə qəmaətbəxş hesab ediləndir . Ancaq indiki halda həqiqətəndə media
üzərində dövlət nəzarəti götürüldüyü halda məmur nəzarəti mövcuddur.
Müasir medamız internet üzərindən fəaliyyətə başladıqdan bu yana sifarişlə
yazılar yazan dolayısı ilə bəzi məmurların himayəsində olan bir çox xəbər
saytları yaranmaqdadır . Bu isə özlüyündə həm hakim partiyanın , müxalifətin və
vətəndaş cəmiyyətinin sağlam fəaliyyətinə zid olan ictimai mühit
formalaşdırmaqla yanaşı ictimai siyasi vəziyyəti gərginləşdirir və bu
münasibətləri dalana tərəf yönləndirir. Bu siyasi çıxılmazlıq yolsuzluq
dalanında kimlərin əziləcəyi, kimlərin qalib gələcəyi isə məlum deyil …
Vasif Abdullayev
Short URL: http://www.cumhuriyyet.net/?p=14438