Nə oldu, Paşinyan, bəs Bakıya kimi gələcəkdiniz?

14.11.2020 - 15:41

Xəbis ermənilər işğal altındakı yerdə qalan ərazilərmizdən çıxhaçıxda da bizə son pisliklərini edirlər. Kəlbəcərdə, Ağamda, Laçında tərk etdikləri tikililəri yandırıb gedirlər. Təkcə ona görə yox ki, artıq bir daha oralara ayaq basa bilməyəcəklərini yaxşı bilirlər, əsas o səbəbə ki, xislətləri belədir, materialları zaydır. Barbarlıq qanlarındadır.

Bir dəfə yazmışdıq – bunlar İsa peyğəmbəri utandıran, xristianlığın üz qarası olan bir toplum. Sanki yalnızca pislik, yaramazlıq üçün xəlq olunublar. Yer üzü hələ belə sırtıq, sinik yığnağı görməyib, vallah.
Onlar ümumiyyətlə, utanmağın, həya etməyin nə olduğunu bilməyən tayfa, qövmdür. Həya bilsəydilər, arsız-arsız “Bizə ərazilərdən öz əşyalarımızı çıxarmaq üçün nədən belə az vaxt verilib” soruşmazdılar.

Çünki ardınca mütləq bu suala tuş gələrdilər: bəs siz – ikiayaqlı məxluqlar, laçınlılara, kəlbəcərlilərə, işğal etdiyiniz digər rayonların sakinlərini öz dədə-baba yurdlarından zorla çıxaranda onlara möhlətmi tanımışdınız?! Uşaqlı-qocalı- qadınlı binəvalar canlarını güclə götürüb qaçmalı olmuşdular.

Ən ümdəsi, bura sizin torpağınızdırmı ki, hələ çıxmaq üçün bizdən zaman umur, həyasızcasına göz yaşı da tökürsüz? Gedin asi çıxdığınız Allaha, daha doğrusu, haqq etdiyiniz cəzadan sizi daima son anda xilas edən xilaskarınız Rusiyaya minnətdar olun ki, torpaqlarımızdan sağ-salamat rədd olub gedirisiniz! Üstəgəl, yenə məhz Rusiya sayəsində müvəqqəti də olsa, Xankəndində havamızdan udub torpağımızda yaşamaq şansı qazanmısınız!..

Əlbəttə ki, ermənilər yaxşılıq qanmaz, qədirbilməz sortdur. Bunu təkcə biz demirik. 44 günlük müharibə erməniləri yaxşı tanımayanlar üçün də yaxşı tanınma fürsəti oldu. Artıq xarici müşahidəçilər də ermənilərin davranışını, əsl mahiyyətini, cingənəliyini görüb dəhşətə gəldilər. Dəhşətə gəlməyə davam edirlər.

Bunlara xalq demək mümkünsüz. Çünki hər xalqın konkret tarixi və tarixi ərazisi, halal yurd-torpağı, konkret adət-ənənəsi, özəl dəyərlər sistemi, mədəniyyəti, hətta öz mətbəxi olur, nəinki ondan-bundan oğurladığı, yalançı və haram dəyərləri, oğru mətbəxi, oğru yeməkləri, oğru musiqisi, hətta oğru əlifbası.

Dünən erməni mənbələrində bu qənaəti gücləndirən, bir daha ermənilərin əsl xislətini açan növbəti fakta rast gəldim.

Xəbərə görə, Qarabağda Rusiya sülhməramlılarını qarşılayan orta yaşlı bir erməni qadın Moskvadan giley-güzar edərək deyir: “Niyə gecikdiniz, bizim 18,19, 20 yaşlı oğlanlarımız artıq həyatda yoxdur!”

Amma dünənədək Rusiyaya asi çıxmışdılar. Gümrüdəki rus hərbi bazasının bağlanmasını tələb edir, Moskvanın ünvanına hədyanlar söyləyirdilər…

Hər şer qırağa dursun, bəs 26 ildir bizim də, dünyanın da baş-beynini xarab etmişdiniz ki, “Bizim yenilməz ordumuz var!”, ”Erməni ordusu məğlubedilməzdir!”, “Biz xalq boyda orduyuq!”–filan.
Hardadır indi o “yenilməz ordu”? Nədən müharibə başlayan kimi ruslara dil açıb yalvarmağa başladınız? “Quyruğunuz” qapı arasında qalmışdı, eləmi? Cəmi 1 həftə də müharibə davam etsəydi, 25 min işğalçı əsgəriniz əsir düşəcək, “erməni ordusu” adına heç nə qalmayacaqdı, ona görə? Bunu ki, öz rəhbəriniz söyləyib. “Müharibə başlasa, Bakıya kimi gələcəyik” demişdiniz. Nə oldu?

Nə oldu, Paşinyan?..

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30