Gün var əsrə bərabər…

07.03.2022 - 14:54
Fəxrəddin Mehdili

Fəxrəddin Mehdili

 Gün var əsrə bərabər…

 Demokratiyanın həlledici dalğası

 

24 fevral 2022-ci il tarixdə qlobal dəyişiklilərin başlanğıcı kimi qalacaq. Rusiya ordusunun Ukraynaya təcavüzü öz  xarakterinə və Ukrayna xalqına həmrəy olan ölkələrin sayına,  gözlənilən nəticələrinə görə üçüncü dünya müharibəsinin mərhələsidir.

       Müharibə xarakterinə görə  demokratik sistemlərlə  avtoritar rejimlərin, liberal- demokratik dəyərlərlə avtoritar təfəkkürün və xalqların azadlıq ideyaları ilə  imperiya ambisiyalarının arasındakı  müharibədir.

Müharibədə Rusiyanın məğlubiyyəti labüdür,  Rusiya  bu müharibəyə başlamaqla əslində  məğlub olmuşdur. Təcavüzün  bütün ağrılıqlarının Ukrayna xalqı və onun  parlaq lideri Vladimer Zelenskiy əzimkarlıqla, fədakarlıqla dəf edir.

       Müharibədə Ukrayna xalqı təkcə  öz azadlığı uğrunda deyil, həm də rejimlərdə yaşayan xalqların azadlığı uğrunda  mübarizə aparır. Bu böyük tarixi missiyadır.Ukrayna xalqının mübarizəsində demokratiyanın taleyi, dünyanın  gələcək inkişafı həll olunur.   Ona görə də dünyanın bütün demokratik düşərgəsi Ukrayna xalqının yanındadır və ona köməyini, həmrəyliyini göstərirlər.

Rusiya rejiminin çökməsi iki variantla reallaşacaq. Demokratik dünya Rusiya rejiminin iqtisadi,siyasi,  diplomatik,  hərbi,  pisxoloji  tükənməsi və iflasına üstünlük verir.  Antirejim koalisiası  genişlənir, Ukrayna  Avropa İttifaqı üzvülyünə  namizəd kimi qəbul olundu, Gürcüstan və Moldova Avropa ittifaqının  üzvülüyünə daxil olmaq üçün ərizə ilə  müraciət etdi, əvvəllər NATO-ya  üzvülüyündən söhbət getməyən Finlandiya Parlamenti ölkəsinin NATO üzvülüynə öz razılığını verir. Hadisələrin surətlə bu istiqamətdə cərəyan etməsi Rusiya rejiminin iflasını surətləndirir.  Və bu rejim Rusiya xalqının şiddətli müqaviməti  ilə iflasa uğrayacaq. 

         Rejimlər öz xalqları və həm də dünya üçün böyük təhlükə mənbəyidir. Xalqlar belə rejimlər dövründə və xüsusui ilə rejimlərin  dağılan dövründə böyük məhrumiyyətlər yaşayırlar, qurbanlar verirlər. Rusiya xalqı da bu gün belə məhrumiyyətləri yaşayır. Tarix göstərir ki, öz taleyilərinə biganəlik,  rejimlərlə barışmaq insanları, xalqları məhrumiyyətlərə aparır. Hakimiyyət insanı korlayır, mütləq hakimiyyət insanı mütləq mənada korlayır. Bir şəxsin uzun illərlə hakimiyyətdə qalması, hakimiyyət hərisiliyindən, təkəbbüründən ölkə konstitutsiyasının başına oyun açması və buna insanların susması  belə də faciəli qutarmalı idi. Insanların ən böyük faciəsi tarixdən ibrət götürməməsidir.

Rusiya  rejimi NATO ölkələrinə qarşı provokasiyaya yol vermiş olsa, bu da istisna olunmur, bu halda NATO hadisələrə müdaxiləsi reallaşacaq, görünür NATO ölkələrini  nüvə təhlükələrindən sovuşdurmaq  üçün  texniki, hərbi, preventiv tədbirlərə malikdir.

  Rusiya rejiminin iflasının  iki qlobal dəyişikliklə nəticələnməsi gözləniləndir.            Birincisi, Rusiya imperiya kimi dağılacaq və nəticədə  onlarla yeni dövlətlər meydana gələ bilər.

 İkincisi, Rusiya rejiminin çökməsi həm də avtoritar rejimlər üçün ölüm zəngidir.   Bütün avtoritar, totalitar rejimlərin çökməsi, iflası surətlənəcək.  Rusiya bu rejimlərin  dayağı funksiyasını yerinə yetirir.

Vaxtı ilə ABŞ –ın məhşur alimi Fukuyama   “Tarixin Sonu”  əsərində bu proseslərinin baş verməsinin nəzəri əsasını göstərmişdi.  Böyük alim tarixin sonunu deyərkən liberal demokratik dəyərlərin bütün dünyada  bərqərar olması ilə  rejimlərin sona çatacağının  proqnozunu vermişdir. Tarixin sonu elə    rejimlərin sonudur.

     Dünya yeni inkişaf mərhələsinə möhtacdır.

     Dünya o qədər qloballaşıb ki, dünyanın hər hansı bir guşəsində baş verən haqsızılıq, ədalətsizlik bütün dünya üçün təhlükədir. Rejimlər isə korrupasiyaların, terrorun, müharibələrin, qanlı münaqişələrin, beynəlxalq cinayələtlərin mənbəyinə çevrilib. Ona görə də dünya rejimlərdən qəti olaraq  xilas olmaq yolunu tutmuşdur.

    Ukrayna xalqının,demokratik dünyanın qələbəsi yeni dünya qaydası yaradacaq. Yeni dünyada mütləq hakimiyyətlərə yer olmayacaq,  Dünya demokratik dəyərlərlə insan haklarına hörmətlə idarə olunacaq. Dövlətlərin gücünü orduların və nüvə başlığlarının sayı deyil, ölkə vətəndaşların rifahını müəyyən edəcək. Sərhədlər tədricən silinəcək, Avropa İttifaqı kimi birliklər yaranacaq.

       Məhz belə gələcək üçün Ukrayna xalqı və demokratik dünya mübarizə aparır və qalib gələcəkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930