Türk boyda dərdimiz

12.01.2014 - 13:49

Düşünmək vaxtıdır! Bİr araya gəlmək, ciddi müzakirələr
açmaq gərəkdir!

Düşünmək vaxtıdır! Bİr araya gəlmək, ciddi müzakirələr
açmaq gərəkdir!

 

 

Bir dostumla
telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir
dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər
zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın
toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla
yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə
bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə,
yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun
qarantıdır. Özlüyündə bu döyüntüləri yaradan və saxlayan ruhaniyyat faktıdır.
İnsan nə qədər bu ölçüdən uzaqlaşsa da, özünə yadlaşıb cılızlığa yuvarlansa da,
bütövlükdə bəşər gedişatını pozuntulara uğratsa da ruhaniyyatdan birdəfəlik
qopub varlığına son verə bilməz. İnsan və ruhaniyyat əlaqəsi ən dərin qatlarda
nüvə və elektron əlaqəsi kimidir.

Ancaq
bütün bunlara baxmayaraq, zaman baxımından bizi qayğılandıran həyat və dünya
sorunları insan ruhuna ağırlıq gətirməkdədir. Özəllikcə siyasi dünyanın
mürəkkəbləşdirdiyi və həllinə imkan vermədiyi milli məsələlər daim ağla,
düşüncəyə yük olur, dərd gətirir, kədər yaradır. Bizim üçün ən böyük etkiyə
malik olan dərd, kədər türk varlığına qarşı davamlı şəkildə həyata keçirilən
xəyanətlərdir. Bununla bağlı bəzi məqamlara münasibət sərgiləmək və diqqətləri
ona yönəltmək istəyirik. Təəssüf doğurucu haldır ki, Ermənistan dövlətinin
yaranmasına tarix bitgin şəkildə yanaşmayıb. Söhbət ötən yüzilin 18-ci ilində
Azərbaycan cümhuriyyətinin yaranması ilə Bakıda, Şamaxıda, Qubada və bir sıra
bölgələrdə erməni-bolşevik birləşməsi tərəfindən həyata keçirilən soyqırım
məsələsindən gedir. Burada üzdəki məntiq onu göstərir ki, Azərbaycanın
qurulmaqda olan, daha doğrusu, genişlənən bolşevik-rus imperiyasının
sınırlarından qıraqda qalması imperiya üçün böyük itki olardı. Həm də Qərb və
Avropa özü üçün təhlükə təşkil edən Osmanlı imperiyasının çöküşünü
surətləndirmək baxımından çabalar göstərirdi. Osmanlının Qafqaza təsirini
aradan qaldırmaq və Azərbaycanla coğrafi sınırlarını bağlamaq onlar üçün böyük
önəm daşıyırdı. Deməli Ermənistan dövləti yaratmaq bir deyil, bir neçə dövlətin
planına daxil idi. Özü də Şərqi Anadoludan başlayaraq İrəvan və s. bölgələrdə. Əlbəttə, məqsəd bəlli prosesləri təhlil
eləmək deyil. Bizə görə soyqırımın əsas hədəfi Azərbaycanı sarsıtmaqla bütün
Quzey Azərbaycan ərazisində erməni yönətim quralları tətbiq etmək və Azərbaycan
türklərini öz yurdlarında etkisiz etnik topluma çevirmək idi. Yəni Ermənistan
adlanan dövlət yaradılır bütün Azərbaycan (Quzey Azərbaycan) ərazisində.
Beləliklə, Azərbaycan-türk dövlətçiliyinə birdəfəlik son qoyulur. Zatən İran
dövləti yaratmaqla min illik türk hökmdarlığına Güney Azərbaycanda son qoydular
da (hələlik)…

Osmanlı
ordusunun müdaxiləsi ilə bu niyyət pozuldu və Ermənistan dövləti Azərbaycanın
bir hissəsində – batı torpaqlarında yaradıldı. Sonra sovetlər bizi ermənilərlə
“qardaşlaşdırdı”, soyqırımın üstünə pərdə çəkildi və tarixi cinayət hiddətlərdən
silindi. Əcəba, bununla proses başa çatdımı?! Çatmadı! Sovetlər dağılandan
sonra rus-erməni birləşmələrinin əli yenidən qanımıza bulaşdı. Yenidən
vətənimizin bir hissəsini əlimizdən aldılar. Yenə də tarixi cinayətlər
ört-basdır edildi. Amma proses dayanmayıb. Təhlükələr yenə də bizi təhdid edir.
Bu gün Azərbaycanın türk toplumu xof altındadır. Zaman-zaman gah ləzgi, gah
talış, gah kürd muxtariyyəti məsələsini ortaya atırlar. Buna görədir ki, bu
toplumların adları Azərbaycan türklərində xof və qıcıq doğurur. Halbuki, tarixlər boyu türkün bu toplumlara qarşı
basqısı baş verməyib. Bu toplumlarla iç-içə yaşayıb türk. Bu toplumlardan türkə
qarşı silah kimi istifadə eləyən dünya gücləri yüzillərdir dincliyimizə,
əmin-amanlığımıza qənim kəsilir. “İlan vuran alaçatıdan qorxar” deyiblər. Bizə
qarşı ermənilər həmin güclərin yardımı və təhriki ilə soyqırım da törədiblər,
vətənimizi də bölüblər. İndi də,
Sovetlər dağılandan bəri, Yurdumuzda kürdləşdirmə prosesi və xofu yaşadılır.
Biz bu təhlükəli tendensiyanı təkcə ayrı-ayrı fərdlərin yazılarında,
çağırışlarında deyil, hakimiyyət səviyyəsindəki əməllərdə də müşahidə edirik.
Yüksək eşalonlarda kürd kökənli adamların yerləşdirilməsi, iqtisadi bazaların
ələ keçirilməsi mətbuatda bəs qədər hallandırılıb və bu məsələlər cavabsız
buraxılıb. Əlbəttə, kürd kökənlilərin hansısa vəzifəni tutması qəbahət deyil,
əməllərin dövlətçiliyimizi təhdid etməsi qəbahətdir.

Dünya
gücləri tərəfindən tərtiblənən Orta Doğu projesinin (Yaxın Şərq lahiyəsi) əsas
xətlərindən biri “Kürdüstan dövləti” nin yaradılmasıdır. Kürd toplumunu Orta
Doğu xalqlarına qarşı qoymaq türk və ərəb dünyası üzərində Batının etkisini
saxlamağa xidmət etdiyi bəllidir. Bu coğrafiya da dörd dövlətin ərazisindən
qoparılır: Türkiyə, Suriya, İraq, İran. Əslində İran deyilən bir şey yoxdur, o
ərazi Güney Azərbaycan əyalətlərini qapsayır. Deməli, yenə Azərbaycan-türk
dövlətçiliyinə son qoymaq niyyəti açıq görünür. Bir tərəfdən dörd dövlətin
ərazisində iş gedir, bir tərəfdən də Azərbaycan Respublikasının dövlət strukturlarında.
Bizə görə Heydər Əliyevin hakimiyyətə gətirilməsi və bu komandanın 20 ildir
qorunması da bu planın tərkib hissəsi kimi görünür. Baxın, H.Əliyev hakimiyyətə
gətirilir və gələn kimi dövlət səviyyəsində türk dilini, türk milli kimliyini
vurub sıradan çıxarır. Sonra addım-addım kürdləşdirmə siyasəti yürüdülür. Hətta
bu gün Vasif Talıbovun Naxçıvanda yaratdığı rejim Naxçıvanı boşaltmağa xidmət
edir. Bütün bunlar hansısa qlobal planın gerçəkləşməsinə zəmin yaratmaq
deyilmi?! Düşünmək vaxtıdır. Öncə hər şey bizimkilərə nağıl kimi görünür,
gerçəkliklə üz-üzə qalanda isə gec olur… Toplumu sürü halına gətiriblər. Hər
kəs səhərdən axşama bir tikə çörəkdən başqa heç nə haqqında düşünə bilmir.
Siyasi müxalifət dağınıq və bir-birinə qarşı qərəzli. Aydınlar susur. Düşmən
isə kəskin şəkildə yorulmadan işləyir. Düşünmək vaxtıdır! Bİr araya gəlmək,
ciddi müzakirələr açmaq gərəkdir, sağlam xətt qurulmalı, doğru yön
müəyyənləşdirilməlidir və doğru mücadilə aparılmalıdır!

Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930