Vətəndaşın cibindən “qanuni oğurluq”

12.01.2014 - 13:55

2018-ci ildə dövlətimizin xalqa pullu xidmətdən gəliri
10 milyard manata çatacaq

 

 

Azərbaycan
dövləti 2013-cü ildə 9 milyonluq Azərbaycan xalqına 6 milyard 513 milyon
manatlıq pullu xidmət göstərib. Bu, çox yaxşı göstəricidir. Dövlətimiz 2013-cü
ildə xalqa pullu xidmət sahəsində 2012-ci ilə nisbətən 8,2% daha çox gəlir əldə
edib. Lakin dövləimiz bununla kifayətlənmir, öz biznes fəaliyyətini inkişaf
etdirib qarşısına daha əzəmətli məqsədlər qoyur. Belə ki, 2014-cü ildə dövlət
xalqımızdan 9,9%, 2015-ci ildə 8,2%, 2016-cı ildə 4,9%, 2017-ci ildə 6% daha
çox gəlir əldə etməyi planlaşdırır. 2018-ci ildə dövlətimizin xalqa pullu xidmətdən
gəliri 10 milyard manata çatacaqdır! Maşallah və bərəkallah!
Dövlət xalqa su, işıq, qaz, yanacaq, arayış, pasport satır. Dəqiq bilmirəm, cərimələr
bu məbləğə daxildir, ya yox. Münasibətlər əsl bazar iqtisadiyyatı meyarlarına
uyğun qurulub. Vətəndaş “dövlət” sözünü eşitcək bilaixtiyar əlini ya cibinə
salır, ya da tələsik əlilə cibini tutur. Dövlətin qazancını əks etdirən bu rəqəmlər
əslində həqiqi mənzərəni əks etdirmir. Dövlət – vətəndaş münasibətləri bizdə
aysberqə bənzəyir. Yəni yeddidən biri yuxarıda sadalanmış rəqəmlərlə ifadə
edilirsə, yeddidən altısı suyun altında görünməz qalır. Amma onun həcmi barəsində
məlumat hamıya, demək olar ki, külli-əhli-Azərbaycana bəllidir. Bura daxildir
qeyri-iqtisadi məcburiyyət meyarı ilə əhalidən yığılan vəsait, hansına ki, bizdə
utancaq adamlar “hörmət”, utanmayanlar açıqca “rüşvət”, “quldurluq” və
“soyğunçuluq” deyir. Bu işlə məşğul olanlara isə “AA” seriyalı maşınlarda gəzən
“Allah Adamları” adı qoyulub.
“Azərbaycan Limited” şirkətində 1 milyona yaxın vücud işləyir. Bu bir milyonun
bir ilə cəmi 6,5 milyard manat gəlir gətirdiyini qəbul etsək, bu, çox aşağı
göstəricidir. Axı işçilərinin sayı dəfələrlə az olan bəzi özəl şirkətlər bizim
dövlətin istifadə etdiyi biznes üsullarından – inhisarçılıq, polis dəyənəyi,
işgəncə, sifarişli məhkəmə qərarları, MTN və DİN-in qanunsuz izləmə və çəkilişləri,
vergi və maliyyə yoxlamaları, gömrük qadağa və süründürməçiliyi, seçki
saxtakarlıqları və sair ölüm kimi qaçılmaz dilxorçuluqlardan – istifadə etmədən
də qat-qat yüksək maliyyə qazancı əldə edirlər. Məsələn,
“Samsunq” şirkəti “Azərbaycan Limited” şirkətindən fərqli olaraq təbii
ehtiyatlar və inzibati resurslar biznesi ilə məşğul deyil. O, elekronika, gəmi
və maşınqayırma, tikinti, yüngül və ağır sənaye, maliyyə və sığorta, əyləncə və
istirahət sahələrində ixtisaslaşıb, gəlirləri də şəffafdır. Gəliri də, xalis
qazancı da daha yüksəkdir.
Amma… Aysberqlə müqayisəni xatırlasaq, bizim Allah Adamlarının qazancı daha
yüksək alınar. Nəzərə alınsa ki, bu analoqu olmayan yüksək qazancı əldə etmək
üçün heç bir yüksək texnologiya və elmi ixtira tətbiq edilməyib, bizə qalır
bizimkilərə bərəkallah demək.
Bəs nə üçün “Limited”? “Azərbaycan” şirkətinin sahibləri nə üçün “Limited”
statusunu seçiblər? “Limited” o deməkdir ki, şirkətin sahibləri yalnız bu şirkətə
qoyduqları sərmayə həcmində hüquqi məsuliyyət daşıyırlar. Bədə-bəd ayaqda, “Azərbaycan”
şirkətinin başına bir qəza gəlsə, onların digər varidatı, yəni aysberqin yeddidən
altısı nəticəsində əldə edilmiş varidatı qalır onlara, yeddidən biri
cavabdehlik üçün qoyulur ortalığa.
Bu, milli biznesimizin özəl xüsusiyyətidir. Lakin tək bizə xas deyil.
Afrikanın, Asiyanın və Latın Amerikasının bütün bədbəxt ölkələrində bu xüsusiyyət
var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3301

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930