Analoqu olmayan ölkə

31.01.2014 - 23:29

İşsizlik baş
alıb gedir…Hanı bəs dövlətin öhdəsinə götürdüyü iş şəraitinin və rifahın
yaxşılaşdırması? İşsizliyə görə, kompensasiyaların ödənməsi?

Bütün ədalətsiz,
totalitar rejimlər kimi  Azərbaycandada vəziyyət
gərgindir! Bu tendensiyanı sübut etmək üçün xüsusi bir istedada, fitri tədqiqat
bacarığına malik olmağa heç bir lüzum da yoxdur.

Sadəcə, baş verənləri
seyr etmək və “dünyanın gediş-gəlişini” anlamaq yetərlidir.

Gəlin kiçik bir
araşdırma aparaq : bütün dünya hüquq qanunları yalnız bir aksiomanı müdafiə
edirlər, o da, bundan ibarətdir ki, dövlət – vətəndaş münasibətləri hüquq və
öhdəlik prinsipləri ilə sıx bağlıdır. Bu üzvü bağlılığa əsasən, hüquq başlayan
yerdə öhdəlik, öhdəlik başlayan yerdə isə, hüquq yaranır!

Bizim siyasi
rejimin icra mexanizmləri isə, sırf bunun əks kombinasiyası üzərində bərqərar
olunub. Hər birimiz fərd olaraq, vətəndaş olaraq, dövlətin boynumuza qoyduğu vəzifələri
ya könüllü yerinə yetiririk ya da heç bir seçimimiz olmadan buna məcbur
edilirik! Məsələn, kişilər həqiqi hərbi xidmət keçirlər, bütün vətəndaşlar müxtəlif
növ vergiləri ödəyirlər, qanunu pozduqları halda, müvafiq olaraq, inzibati və
ya cinayət məsuliyyətinə cəlb edilirlər, hamımız kommunal xidmətlərə görə vəsait
ödəyirik və s. və ila axır…

Qanunla bir vətəndaş
kimi bu bizim vəzifəmiz olduğunu bilirik və təxirəsalınmadan da icra edirik. (Həm
də, bizim reallıqda bunu icra etməmək seçimimiz yoxdur). Bu yerdə vəzifəmiz
olduğu kimi, deməli törəmə və ya fundamental hüququmuz da yaranmalıdı! Əks-təqdirdə,
bizim vətəndaşlıq yox, qul statusumuz olardı. (Hərçənd ki, bu elə belədir!).

Bəs dövlətin nə
kimi vəzifəsi var, biz vətəndaşların qarşısında? Əminliklə deyim ki, bu
araşdırmanı mütaliə edən hər bir dəyərli oxucunun ağuşunda boğulduğu problemlər!!!

Ölkəmizdə kütləvi
şəkildə “evsizlər ordusu” yaranıb…Hanı bəs dövlətin ohdəsinə götürdüyü vətədaşların
mənzillə təmin olunması üçün koperativ tikinti şirkətlərinə qayğısı , ayırdığı
subsidiyalar, həmçinin güzəştli ipoteka kreditləri?

Səhiyyənin “səfiliyyə”
olması göz önündədir…Hanı bəs dövlətin pulsuz səhiyyə xidməti? Təhsilimiz
korrupsiya bataqlığında qərq olub…Hanı bəs dövlətin təhsil islahatları?

Azərbaycanda
100-dən artıq siyasi məhbus var. Eyni zamanda, İlham Əliyev dünən müsahibə verəndə
deyib ki, siyasi məhbusların müəyyənləşdirilmiş mənası yoxdur. Halbuki, Avropa
Şurası Parlament Assambleyası, hansı ki, İlham Əliyev dünən onu dünyanın ən
vacib institutlarından biri adlandırıb, həmin AŞPA 2013-cu ilin oktyabr ayında
“siyasi məhbusun tərifi” adlı 19.00 saylı qətnamə qəbul edib. Həmin qətnamədə,
“siyasi məhbus” üçün 5 kriteriya öz əksini tapıb. Bizim də hal-hazırda siyasi məhbus
adlandırdığımız 100-dən çox şəxsin hər biri bu kriteriyaların ya hamısına, ya
bir neçəsinə, ən azından birinə uyğun gəlir. Ona görə, mövcud faktları, yəni həm
AŞPA-nın siyasi məhbuslarla bağlı kriteriyaların olduğunu, həm siyasi məhbusların
bu kriteriyaların ya hamısına, ya bir neçəsinə, ən azından birinə uyğun gəlməsini
nəzərə alaraq, bizim də mövqeyimiz budur ki, Azərbaycanda siyasi məhbus var. Azərbaycanda
siyasi məhbus problemi say baxımından da artıqdır. Proses də bundan ibarətdir
ki, bu say azalmır, əksinə artır

Ölkədə çox ağır
və ciddi sosial problemin yarandığı gün kimi aydındır. Azərbaycanda az ailə
tapılar ki, hökumətin kredit siyasətindən əziyyət çəkməsin. Söhbət, yüzminlərlə
insanın ağır kredit şərtləri altında sözün əsl mənasında, əzilməsindən gedir. Kredit
faizlərinin ölkənin iqtisadi vəziyyətinə, vətəndaşların cibinə uyğun olmaması məsələnin
maddi tərəfidir. Məsələnin bir də sosial tərəfi var ki, illərdir onun ağır nəticələrini
görə-görə gəlirik.
Bu siyahını çox uzatmaq olar. Amma lüzüm yoxdur! Çünki, bizim daha böyük məqsədlərə
çatmaq arzumuz olmaya bilər…Lakin iş kimi, ev kimi, səhiyyə kimi, təhsil
kimi  və insanların ədalətli və
demokratik şəraitdə yaşaması kimi ümdə məsələlərə hər gün zəruri ehtiyacımız
var! Sıradan bir vətəndaşın hər gün yox, bəlkə də, hər saniyə üzləşdiyi bu
problemlərin mövcud olması onu göstərir ki, biz vətəndaşlıq yox, qulçuluq
statusu daşıyan və orta əsr Romasının azad qulları qədər hüquqa malik olmayan şəxsləriyik!

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3837

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031