Avtoritar rejim önündə NİDA olanlar…

06.02.2016 - 23:53

NİDAVə ya zülmə, zalıma, şərə boyun əyməyənlər

1997- cı ildən üzü bəri bu hakimiyyət hər il 2 fevralı- Gənclər günü kimi “qeyd edir”. “Qeyd edir” sözünü ona görə dırnaq içində yazdıq ki, əslində sözün gerçək mənasında deyil, yalnız görüntü xatirinə qeyd edir. Öncədən müəyyən edilmiş və hazırlanmış bir qrup gənci bir yerə yığıb gənclərə göstərilən “diqqət və qayğıdan”, ölkədəki “analoqu olmayan siyasət və inkişaf” haqqında  nağıllar danışıb dağılışırlar…

Bölücülük və ayrı-seçkilik siyasəti…

…Bu hakimiyyət ölkədə hər şeyi bölüb; xalqı bölüb, ziyalıları bölüb, jurnalistləri bölüb, gəncləri də
bölüb. Kimini vəzifə, ev, fərxi ad verib, kimini də oğulu, uşağı, ailəsi, canı
ilə qorxudub susdurub, öz tərəfinə çəkib. Amma bölünməyib, satılmayıb,
qoxmayanlar da var. Bu barədə bir az sonra…

Gənclər üçün Gənclər Fondu yaradıb. Rejimə sadıq, məmur övladlarının rəhbərlik etdiyi gənclər
təşkilatlarına həmin fonddan milyonlar ayırır. Özünə münasib Fuad Muradov, Ceyhun Osmanov kimi bir neçə adı olub varlığı və fəaliyyəti olmayan, ələ baxan gənci
hətta millətin vəkili edib ali kürsüdə oturdur. Amma nə yürütdüyü “anoloqu
olmayan” gənclər siyasəti, nə yaratdığı fondlar gənclərin problemlərini həll
etmir. Çünki bu hökümət problem həll etmək deyil, yeni- yeni problem yaratmaq
üçündür, ən yaxşı halda problemin həllinə dair görüntü yaradır. Hətta Dövlət Neft Fondu hesabına xaricə oxumağa göndərilən gənclərin bir qismi aparılan
araşdırmaya görə təhsilini başa vurduqdan sonra ya ölkəyə qayıtmır, ya da gəlib
öz ölkəsində təhsilinə, savadına layiq işlə təmin oluna bilmir. Yeri gəlmişkən
son illər gənclərimizin sürətlə ölkədən xaricə axın etməsi qeydə alınır…

Hakimiyyət savadlı və mübariz gənclərdən qorxur

Qorxu, şər- böhtanla hakimiyyət başına gələnlər həmişə savadlı, mübariz insanlardan qorxur. Çünki cahil, avam
adamlardan fərqli olaraq savadlı insanları qorxutmaq və aldatmaq, onları
istədiyin kimi idarə etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, əlində
onlarla TV, radio, yüzlərlə qəzet, media qurluşu olan hökümət barmaqla sayılası
qədər olan müstəqil tənqidçi qəzetləri susdurmaq üçün ayının bir armud üçün
çıxardığı min oyunu çıxarır. Metrostansiyalarında hər növ pərakəndə satışa
şərait yardır, yalnız qəzet və kitabların satışına imkan vermir. Çünki
avtoritar rejimlər xalqın qəzet- kitab oxumasını, maariflənməsini həzm edə
bilmir və bundan qorxur. Belə rejimlər həmişə çalışır ki, xalqı qorxu, xof
altında saxlasın və onları dünyadan bixəbər etsin, oxumalarına, savadlı
olmalarına imkan verməsin.

Rejimin gənclərə gerçək münasibəti

Gənclərin böyük əksəriyyəti işsizdir. Ali məktəbi qurtarıb ya qul bazarına üz tutur, ya təkər qaraldan,
restoranda xidmətçi işləyir, ya da ölkədən baş götürüb getmək müəcburiyyətində
qalırlar. Bir çoxları işsizlik ucbatından ailə həyatı belə qura bilmirlər. Hökümətdə
olan iş yerləri isə təbii ki, kasıb balaları üçün deyil, məmur övladları
üçündür. Elə Gənclər Fondundan layihə alanlar da müstəqil, müxalif yönlü
gənclər təşkilatı deyil, YAP çətiri altında olanlar və məmur övladlarıdır.

Əliyev rejiminin gənclərə göstərdiyi gerçək münasibəti görmək üçün bu gün qanunsuz həbsdə olan NİDA- çı
gənclər baxmaq yetərlidir.

Bu hökümətin gənclərə gerçək münasibəti əsası gənclərdən və yeniyetmələrdən ibarət olan NİDA Vətəndaş Hərəkatına
göstərdiyi münasibətdən bəllidir. Təşkilatın 8 üzvünü,
hazırda Kürdəxanı Istintaq təcridxanasında olan
dostlarımızı 
Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad
Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və Ilkin Rüstəmzadəni
 şərləyib həbs edib. Onların cibinə narkotik ataraq, evlərindən “Molotov kokteyli”, silah sursat “çıxarıb”. Hakimiyyət
savadlı və mübariz gənclərdən qorxduğu üçün NİDA- çıları həbsə atır. Bu qorxaqlığın səviyyəsi 17 yaşlı NİDA- çı Şahin Novruzovdan qorxub onu həbsə atacaq qədərdir…

NİDA- xalqın döyüş ruhu…

Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy deyirdi ki, bir mübarizənin önündə gənclər və qadınlar gedirsə o mübarizə qələbəyə məhkumdur. Çox ümidverici və sevindirici haldır ki, Azərbaycanda
avtoritar rejimə qarşı mübarizə bir an olsun belə səngimədən davam edir. Bu
mübarizənin önündə gedən qüvvələrdən biri də GƏNCLİKdir. Gəncliyin önündə gedən
təşkilatlardan biri isə NİDA- dır. NİDA gənclərimizin mübarizəsi timsalında bu
gün xalqımızın əzmkarlıq simvoludur. Bütün çətinliklərə, əzab- əziyyətlərə
baxmayaraq sınmamaq, avtoritar rejimə qarşı qarşı duruş gətirmək, döyüş
əzmidir.

… Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi hər əsarətin, zindan həyatının da sonunda bir AZADLIQ var. Bu gün NİDA- çılar Azərbaycan xalqının döyüş ruhudur, mübarizə əzmidir. Bu gün həmin ruh, mübarizə
əzmi zindanlara atılsa da onun sabah pərvaz edib xalqla birgə azadlığa qovuşacağı
şəksizdir. Dünyada hələ heç bir zülm, zalım duruş gətirib dayana bilməyib.
Yalan ayaq tutub yeriməyib. Kələklə gələnlər küləklə gedib. Xalqın coşub daşan
səbr kasası, sahib olduğu bitib tükənməyən sərvətii müqabilində ac- yalavac
yaşamamq istəyi, beynəlxalq birliyin Əliyev rejiminə tədricən artan xətt üzrə
göstərdiyi dirəniş ölkəmizdə çox yaxın zamanlarda AZADLIQ və DEMOKRATİYA
günəşinin doğacağından xəbər verir. NİDA həmin günəşin kiçik işartıları, böyük
alovun qığılcımlarıdır.

Mübariz gənclərimizin qurduğu NİDA Vətəndaş Hərəkatının 3 yaşı tamam olur…

3 yaşınız mübarək NİDA- çı dostlar!

3 yaşınızı mübarək həbsdə olan, zülmə, zalıma, şərə boyun əyməyənlər!

3 yaşınız mübarək Avtoritar rejim önündə NİDA olanlar!

Böyük Azadlıqda görüşmək diləyi ilə…

 

Elşad Zeynalov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3972

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30