Türkiyəni parçalamaq planı
Türkiyədə
olan hadisələri yaxından izləyib, dərindən analiz edirəm. Türkiyənin indiki
siyasəti gündəmi çox gərgin keçir. Hökümət içərisində çəkişmələr, istefalar
dəvam edir. Hər gün demək olar ki, bir millət vəkili istefa edir. Bütün bu
hadisələrin kökü dayanır 17 Dekabr rüşvət əməliyyatına. O əməliyyat Türkiyə
tarixinə yazılacaq bir hadisədir.
İndiki
hakimiyyət ilə rəqib olan Fətullah Gülən Cəmaatı Ərdoğan və onun partiyasını
bərk topa tutub. Gündə bir telefon danışığı üzə çıxır. Millət vəkillərinin
istefa etməsi, əmir olduğunu deyir Ərdoğan. Fətullah Gülən Cəmaatı neçə
illərdir ki iqtidarın içinə girib, şəxsi kəşfi məlumatlar öyrənirmişlər. Bir
neçə nazirin, vəkillərin və hətta Ədoğanın evi dinlənirmiş. Yaxın günlərdə
Ərdoğanın evindən çıxan dinləmə cihazı, böyük səs-küy yaratdı.
Paralel
dövlət Türkiyədə böyük kök salıb. Ərdoğan bu paralel dövləti aradan qaldırmaq
üçün hakimiyyəti güclü nəzarətə götürüb. Paralel dövlət ilə güclü rəqabətə
girib. Prokurorlara, vəkillərə, hakimlərə yeni qayda qanunlar qoyur. Bilirsiniz
ki,17 dekabr əməliyyatında bir neçə hakimlərin, vəkillərin əli var idi. Və o üzdəndə
bu tədbirləri görür. Özəl səlahiyyətli məhkəmələri aradan qaldırmaq üçün
tədbirlər görünür.
Yaxın
vaxtlarda Türkiyədən Suriya bölgəsinəvə terror qrupunu göndərilən içi dolu
silahlı “TIR”lar saxlanımışdı. Bu hadisə Türkiyənin Suriyada terror
qrupuna yardım etdiyini aydın şəkildə görsətdi. “TIR”ın içində Suriyaya
insani yardım aparıldığnı deyərək Ərdoğan bu olaya belə şərh vermişdir.
“TIR”ı saxlayan polis rəisləri, polislər sərt cəzalandı. Ərdoğan: “TIRlar
mənim əmrim olmadan saxlanılması qanunsuzluqdur deyərək, həmin vaxt “TIR”
dövlətin əmrində idi deyir.
Ərdoğanın
keçən həftə İrana səfər etməsi və orada İran bizim ikinci evimizdir deməsi
çoxlarını təəcübləndirdi. Təəcübləndirici olan budur ki, İran Bəşər Əsəd
tərəfdarıdır və ona yardım edir deyə Türkiyə İranı günahlandırdı. İndi isə
İrana ikinci evimizdir deyir. Bunun bir neçə səbəbləri ola bilər. Məsələn
bulardan biri məncə, Türkiyənin Avropaya üzv olması üçün qonşu ölkələrlə yaxşı
münasibətdə olması və sıx ticarət əlaqələri qurması Avropaya üzv olmasının
birinci şərtlərindən biridir. Bir tərəfdən isə Suriyadakı terror qrupuna yardım
etməsi, Avropaya üzv olmasına imkan verməyəcək. Terror qrupuna yardım etməsi,
beynəlxalq münasibətlərə ziddir.
Türkiyənin
başı hakimiyyət içərisində qırğına qarışıb. Və Türkiyə hakimiyyətindəki bu qarışıqlıqdan istifadə edənlər var. Fürsətci
bölücülər rahatca işlərin görür.
Seymur Süleymanov
Short URL: http://www.cumhuriyyet.net/?p=4037