Azərbaycan Türkünün Suriyada nə işi var?

17.02.2014 - 00:37

Azərbaycan Türkünün Suriyada nə işi var?Ey vicdansızlar, siz hansı “ALLAH”a inanır,
kimə xidmət edirsiniz?


 

“Övladlarınıza
əsil mübarizənin sülh yolu ilə həll etməyə çalışdığımız Qarabağımız üçün
aparılmasının lazım olduğunu izah etsəniz və o müharibə günü gəldikdə
övladlarınıza xına yaxıb müharibəyə göndərə biləsiniz…”

Ürəyim
ağrıyır…

Əlimizdən
uçan bir uşaq üçün ürəyim ağrıyır…

Bir
gənci xilas edə bilməməyin kədərini yaşayıram…

Cəmiyyət
olaraq bir yaramızı ürəyimizdə kədərlə, qəzəblə və nifrətlə yazıram…

Yazıram
ki, məni başa düşün, başa düşsəniz ətrafınızdakılara danışın.

Azərbaycanlı
bir ata haradan tapıbsa bilmirəm, amma məni tapdı və yanıma gəldi…

Dedi
ki, “oğlumu Türkiyəyə qaçırdılar, Suriyaya aparacaqlar…
Türkiyədə olduğunu öyrəndim, nə olar
kömək edin, xilas edin onu…

Və… Mənə
onun Türkiyədən ən son zəng etdiyi telefon nömrəsini verdi…

Nömrə
Antepə aid idi, başa düşdüm ki, ata öz narahatlıqalarında haqlıdır. Əgər
Antepdədirsə, Suriyaya getmək xəbərinin doğru olması ağlabatandır… və
bilirdim ki, Azərbaycandan ora aldadılıb aparılan çox gənc var.

Ataya
özümdən olsa məsələhət verdim, sakit ol dedim, oğlunu xilas edəcəyik dedim!

Sonra
maraqlandım, gənc haqqında suallar verməyə başladım, atası danışdı “sakit idi,
universitetə yüksək balla daxil olmuşdu və uğurlu idi, hətta onun müəllimi ilə
görüşəndə oğlumun tərbiyəsindən, müvəffəqiyyətli olmasından mənə ağızdolusu
danışdı və hətta dedi ki, bir qızım olsaydı, sənin oğluna vermək istəyərdim…”

Atası
danışdıqca, mənim ürəyim ağrıdı, onun çarəsizliyi dərdim oldu…

Həmin anda
onun zəng etdiyi sonuncu nömrəyə zəng etdim, bir market çıxdı!..

Sonra
lazımi rəsmi prosedurlar üçün gəncin atasına bələdçilik etdim, Azərbaycan
orqanlarına, Türkiyə Cümhuriyyəti orqanlarına atası adından eyni anda kömək
tələb etdim.

Qane
olmadım!

Türkiyə
sənədlərimi eşələdim, oradan nə qədər köhnədən qalan dost-tanışlarım varsa,
onlarla əlaqə saxladım, TBMM-dəki tanışlarımla danışdım, və gəncin fotolarını
hər yerə çatdırdım, kömək istədim…

Qane olmadım!

Antepdəki
dostlarımı axtardım, o marketə göndərdim, həmin marketdə növbə belə
tutdurtdum…

Gənc gəlsə,
oradan aparılsın, bizə xəbər verilsin deyə bir banda belə yaratdım.

Amma
olmadı!

Gəncin
atası dünən mənə zəng vurdu: “Selçuk bəy, oğlum mənə Suriyadan zəng vurdu,
orada imiş, bundan sonra nə edə bilərik” dedi.

Ürəyim daha
çox ağrıdı və özümü aciz, çarəsiz və bitkin hiss etdim…

Deməli,
xəyanət edənlər, qaniçənlər qədər uğurlu deyilmişəm və bu uğursuzluk gənc bir
insanın əllərimizin içindən batıb getməsinə səbəb oldu.

Daha 2 yaşı
olmamış öz övladım gözümün önünə gəldi, dünyanın məni cilovlaya bilmədiyi,
ancaq məni evə bağlayan, məni ram edən öz övladım!

Hər anını
böyük bir heyranlıqla izlədiyim uşağımın 20 yaşında olduğunu və belə
aldadılaraq aparıldığını fikirləşdim… Öz əlimlə öz vətənim üçün xına vurub
əsgərliyə göndərəcəyim oğlum kimlərinsə onu “ALLAH” la aldadılması nəticəsində
başqa ellərə qurban gedir…

… və
hayqırdım; VİCDANSIZLAR!…

…və
hayqırmağa davam etdim; Ey Vicdansızlar, siz hansı “ALLAH”a inanır, kimə xidmət
edirsiniz? – deyə.

Bəli,
ürəyim ağrıyır, daha bığ yeri tərləməmiş bir uşağın ölümə gedişinə görə ürəyim
ağrıyır!

Mənim
başıma bu hadisə gəlməsəydi, vəziyyətin dəhşətini anlaya bilməz, və dərk edə
bilməzdim.

Ürəyimin
ağrısını danışım ki, siz də bu cür radikal təşkilatlar görsəniz, onların
üzərinə cəsarətlə gedin, cəmiyyətinizi xəbərdar edin.

Ürəyimin
ağrısını danışım ki, mən, sən, o – yəni hamımız bir vətən üçün ölmək
lazımdırsa, bunun ilk öncə öz vətənimiz olduğunu bilək və övladlarımıza buna
görə təhsil verək, buna görə yetişdirək.


Azərbaycan Türkünə ürəyimin ağrısını danışım ki, övladlarınıza əsil mübarizənin
sülh yolu ilə həll etməyə çalışdığımız Qarabağımız üçün aparılmasının lazım
olduğunu izah etsəniz və o müharibə günü gəldikdə övladlarınıza xına yaxıb
müharibəyə göndərə biləsiniz…

Bəli, Ey
Azərbaycan Türkünün nəcib övladları, sənin Suriyada nə işin var?

Ey
Azərbaycan Türkünün anaları, ataları, övladlarınızın oralarda nə işi var?

Bəli, gəlin
Qarabağ durarkən, Suriyada və başqa yerlərdə uşaqlarımızı qurban edənləri
aydınlaşdıraq, dövlətimizə kömək edək və onların əlindən balalarımızı xilas
edək.

Bunu Millət
naminə, Vətən naminə, İslam naminə və dahi insanlıq naminə edək.

Bunun üçün
ən azından şəhidlərə namus borcumuz var.

Sağlıqla qalın…


 

Redaksiyadan: Türk Dünyası Edebiyat Ve
Kültür Sitesi kimi tanınan atev.az saytından götürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031