Gələcəyimizi düşünək

19.02.2014 - 02:20

Məni “ayıltmağa” çalışan “ziyalılarımız”, bəs siz nə
vaxt ayılacaqsınız?

 

İnsanlarla
milli yöndə, vətənsevərlik mövzusunda söhbət etdikdə bəzən hörmət xatirinə, bəzən
milli görünmək xatirinə, bəzən isə vaxtını keçirmək xatirinə sənə qulaq asırlar.
Sonda isə öz həyat təcrübələrini ortaya qoyub, ya da maddi maraqlarını qabardıb
səni “ayıltmağa” çalışırlar. Hər dəfə də eyni məntiq: “Zamanı, şəraiti dəyişmək
bizim gücümüz dışındadır. Özümüzü zamana qarşı qoymaqla nə əldə edəcəyik? Bir
az fərasətli, bir az çalışqan olmaq lazımdır ki, cəmiyyətdə özünə bir yer edəsən”
və s. kimi məsləhətlər verirlər. Belə düşüncələrlə sabahı necə qurmaq olar?!
Onların ağlı həyatı birtəhər yola verməyə köklənib. Deyirlər bir az biclik gərəkdir,
“özünütəsdiq” üçün başqasını əzib keçmək də olar, yaltaqlıq eləmək də qaçılmaz olur…

Bu nəyə
xidmət edir? İnsanlar getdikcə simasızlaşır, maddiyyat uğrunda savaşa girir. Yeni
nəsil bütünlüklə bu hala köklənir.Yolsuzluq, acizlik insanı elə həddə çatdırır
ki, intihar çıxış yolu olub. Vaxt var idi özümüzü qəhrəmanlara bənzədirdik,
indi çarəsizlikdən ölümə tələsirik. Məişət problemlərinin içində çabalayan
insanlarımız çıxış yolunu özünə qəsddə görür. Ən pis cəhət odur ki, bu hal ənənəyə
çevrilir. Mənəvi boşluq, özünəyadlaşma bundan da betər hallar yarada bilər. Hər
kəsin başı öz problemlərinə qarışdırılır. Millətin gələcəyini, sabahını düşünmək
imkanı olanlar da, eynən, öz başının hayına qalır. Bəs bu daxili boşluğu nə ilə
doldurmaq olar? Axı milli-mənəvi problemlərlə uğraşan bir ünvan yoxdur. Kim evindən
çıxıb millətin içində xilaskarlıq harayı çəkir? Axı insanlarda vətən sevgisi
yaratmaq, pozucu gedişata dirəniş göstərmək özündənkeçmə, fədakarlıq tələb
edir. Sosial şəbəkələrdə məlumat yaymaq, problemləri sadalamaq heç nəyi həll
etməz. Bəs nə vaxt milli ruhu yaratmaq haqqında düşünəcəyik, insan naminə addım
atacağıq?! Nə vaxt Suriyaya boşuna ölümə göndərilən insanlarımıza sahib çıxıb
onlara mübarizənin doğru yolunu tanıdacağıq? Maddi durumuna görə qruplara
qoşulan, alətə çevrilən gənclərimizi xilas etmək haqqında kim düşünəcək? Bu gün
sosial şəbəkələrdə ultimatum verən dini qruplaşmaların sabah Azərbaycanda
terror törətməyəcəyinə kim zəmanət verir? Burada artıq “məndən ötdü, qardaşıma
dəydi” prinsipi rol oynamır… 
Qayıdıram sözümün əvvəlinə, məni “ayıltmağa”
çalışan “ziyalılarımız”, bəs siz nə vaxt ayılacaqsınız? Aydın olmaq işıq salmaq
deməkdir, çıxış yolu göstərmək, ümid vermək deməkdir ki, Azərbaycan xalqının bu
gün buna çox ehtiyacı var. Buna görə də, həqiqətləri demək və yaşamaq gərəkdir,
qıraqdan mənə əyilmək dərsi demək yox! Yurdumuzda gedən yadlaşmaya qarşı döyüşmək
gərəkdir! Xalqın içində ciddi iş aparmaq üçün fədakarlıq eləmək vaxtıdır. Milli
düşüncəli fərdlərin fəal mübarizəsi olmalıdır ki, Azərbaycan aydınlığa çıxsın!
 
Üstün Atalı
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031