"Gülərqeyt" olayında Dövlət Departament təlaşı

09.03.2014 - 00:48

Sabiq millət vəkili bir
vaxtlar daban-dabana  bərabər
yürüdüklərini də aldatmağa çalışır

 

Nəhayət
ki, ABŞ Dövlət Departamentinin sonuncu hesabatından sonra Gülər Əhmədova və
vəkili sükutu pozdu. Özü də necə pozdu. Sən demə Dövlət Departamenti  özünün “maliyyələşdirdiyi” şəxslərin cəfəngiyyatlarını hesabata  köçürür. Əslində  vəkil Ə.Talıbovun belə
bir fikir yürütməsi əsl cəfəngiyyatdan xəbər verir. Vəkil müştərisinin
səbirsizliklə  dövlət başçısı tərəfindən
əhf olunacağını gözlədiyi bir məqamda departamentin hesabatında müvəkkilinin
adının hallanması sanki, saxta əsaslar üzərində qurulmuş müdafiə
taktikasının  nə qədər prespektivsiz
olduğunu bir daha sübut etdi. Ə.Talıbov narazılığından belə çıxır ki, sabiq  rektor Gülər xanımın cinayətlərini videogörüntüyə alarkən bir sıra naşılığa yol
verib, misal üçün cinayəti əks etdirən videogörüntülərdə qusurlar var, ən əsası
da odur ki, sonuncu keçmiş millət vəkilinin cinayətlərini qeydə almamışdan
öncə  öz ofisində atacağı addımı kimlərlə
isə razılaşdırmalı idi və yaxud onda  5 saatlıq videogörüntü  olduğu halda niyə cəmi  30 dəqiqəsini yayımlayıb.

Bu
insan nə danışdığını özü də bilmir. Adama deyərlər  ki, bu günə kimi rektor 5 saat deyil, 50
saata yaxın video-materialı nümayiş etdirib, bunlardan  bir hüquqşunas kimi hansı nəticə
çıxartmısınız ki, əlavə 5 saatlıq da video-görüntünün içtimayyətə təqdim
olunmasını israrla tələb edirsiniz. Birdə ki, əgər məsələ hüquq müstəvisində
araşdırılarsa həmin 30 dəqiqəlik video-görüntü sizin müvəkkilinizin  3 il deyil, uzun illər  həbsdə qalmasına kifayət edər.

Maraqlıdır
ki, məhkəmə proseslərində bir dəfə də olsun Gülər Əhmədova onu millət
vəkili  “edən”  seçicilərinə çağırış etmədi, onları məhkəmə
proseslərinə dəvət etmədi, nə də həmin seçicilərdən heç kim bu  qadının müdafiəsinə qalxmadı. Mənə elə gəlir
ki, bu heç də təsadüfi deyil ki, minlərlə “seçicisi” olan bu millət vəkilinin
müdafiəsinə heç kim qalxmadı. Çox güman  ona
görə ki, bir çox millət vəkilləri kimi, Gülər xanım da bir vaxtlar seşiciləri
tərəfindən deyil, rektorun ofisinə bənzər özəl xidməti otaqlarda fərdi şəxslər
tərəfindən millət vəkili seçilib.  Bax bu
səbəblərdən Gülər xanım bu gün etimadını qazanmadığı seçicilərinin ürəyinə şair
olub şeir qoşmaqla yol axtarır və yaxud da həmin seçiciləri öz məhkəmə
proseslərinə dəvət etmək əvəzinə ABŞ Dövlət Departamentinə  və digər beynəlxalq təşkilatlara  ünvanlanan çağrışlar edərək sonuncuları öz
məhkəmə proseslərinə israrla dəvət edir. Özü də necə dəvət edir. Bir yandan
beynəlxalq aləmdə ciddiliyi ilə seçilən bir təşkilatın fəaliyyətini şübhə
altına alır, digər tərəfdən həmin təşkilatdan ona yardımçı olmağı xahiş etməyi
unutmur.


qədər gülməli görünsə belə vəkil məktubunda müvəkkili haqqında ABŞ Dövlət
Departamentinin rəyinin səhv olduğunu və qeyri- peşəkarcasına hazırlanmasından
bəhs edir. Diqqət yetirin, həmin hesabatda haqlı olaraq Azərbaycan dövlətinin
qınanmasına  hesablanmış digər epizodlar
var ki, daima Azərbaycan iqtidarına sadiqliyini nümayiş etdirməyə çalışan bu qadın
onların heç birinini qeyri-qanuni olduğunu söyləmir. Bütün bunlardan sonra
vəkil Ə.Talıbovun nəyə istinad edib G.Əhmədovanı demokratik fikirli insan
adlandırması başa düşüləsi deyil. Bir sözlə bu qadının hər bir kəlməsi şübhə
doğurur, belə çıxır ki, sabiq millət vəkili nəinki, içtimayyəti, bir vaxtlar
daban-dabana  bərabər yürüdüklərini də
aldatmağa çalışır. Bəlkə də bu günə kimi, cinayət törətmiş sabiq millət
vəkilinə bəzi hüquqşunasların rəyinə görə digər dustaqlardan fərqli olaraq bir sıra imtiyazlar edilməsinə
baxmayaraq, onun azadlıqda olmamasının əsas səbəblərindən biri də budur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031