Sonuncu oyanış və ya dəyər inqilabları

09.03.2014 - 00:54

Avropa Şurasında azad seçki keçirə bilməyən 3-4
ölkə qalıb, onlardan biri də Azərbaycandır

Avropa Şurasında azad seçki keçirə bilməyən 3-4
ölkə qalıb, onlardan biri də Azərbaycandır
Tarixdə
həmişə elə dövrlər olur ki, bəşəri və ya regional oyanış baş verir. Əvvəllər
informasiyanın yayılma sürəti aşağı olduğu üçün bu oyanışlar arasında fasilələr
də uzun olurdu. Qədim Yunanıstanda aristokratiya və demokratiya
tərəfdarlarının, Qədim Romada patrisi-plebey mübarizəsi və s. Tarixən gec-gec
baş vermiş belə oyanışlara nümunələrdir. Yaxud 1848-ci ildə Avropada ard-arda
baş vermiş inqilablar, I Dünya Müharibəsi nəticəsində dağılmış 4 imperiyanın
yerində xalqların azadlıq uğrunda qanlı mübarizələri, 1968-ci il Avropa
inqilabları belə oyanışlardandır. Texnologiyanın inkşafı informasiyanın yayılma
sürətini fantastik dərəcədə artırdı, nəticədə oyanışların başvermə tezliyi də
mütənasib sürətdə artdı. Sonuncu belə oyanışlar bizdən də yan keçmədi. Əgər
1848-ci inqilabları yalnız Axundovun bir komediyası səviyyəsində Azərbaycana
gəlib çatmışdısa, I Dünya Müharibəsi sonundakı oyanma nəticəsində biz, hətta
ilk respublikamızı qurduq. 1980-lərin sonunda başlayan oyanışda bizim xalq da
qəhrəmanlıqla iştirak etdi. Biz artıq istəsək də, oyanışlardan kənarda qala
bilmərik. 21-ci əsrin ilk regional oyanışı 2003-cü ildə Azərbaycanda
başlamışdı. 1905, 1-ci Rus inqilabı zamanı Bakını Rusiyanın elektrik açarı
adlandırırdılar. Çünki üsyanlara bu şəhər start verirdi. 2003-də bizim
inqilabımız məğlub olsa da, Bakı yenə elektrik açarı oldu, nəticədə post-sovet
regionunda Ukrayna, Gürcüstan, Qırğızıstan inqilabları qalib gəldi. 21-ci əsrin
2-ci onilliyinin oyanışının əsası 2010-cu ilin dekabrında qoyuldu və bu daha
geniş coğrafiyanı əhatə etdi. Tunis, Misir, Liviya, Yəmən qismən xilas ola
bildilər. Amma bu dövrün oyanışı ikinci sürət yığıb və qlobal miqyasda davam
edir. Ərəb oyanışının davamı olan Suriyadan başqa hazırda Türkiyə, Tailand,
Venesuela və qəhrəman Ukraynanı “ayaqda” hesab edə bilərik. Bu son oyanışın bir
neçə əlaməti var:

1) Bu, regional yox, qlobal
səciyyə daşıyır, sadəcə qarşıya qoyulan məqsəd ən azı 1-ci Dünya dövlətlərinə
çatmaq olduğu üçün bu oyanışda daha çox 2-ci və 3-cü dünya dövlətləri iştirak
edir.
2) Dinc nümayişçilərə divan tutulmasına şahid olan etirazçılar əsas üsul kimi
dinc nümayişi seçsələr də, məqsədlərinə çatmaq üçün küçə toqquşmalarından
tutmuş, vətəndaş müharibəsinə qədər heç nədən çəkinmirlər.
3) Ən əsası isə bu ali dəyərlər uğrunda mübarizənin oyanışıdır. Etirazçıların
haqlı olduğunu diktatorlardan başqa heç kim danmır. Və internet sayəsində ali
dəyərlərin nə olduğunu hər kəs bilir. Mübarizəyə qoşulmamaq sadəlövhlüklə yox,
vicdan və cəsarət çatışmazlığı ilə izah olunur.
4) Əksər hallarda Qərb aşkar kömək etmir və bir çox hallarda yüzlərlə insanı
repressiya etmiş diktatorları “pisləməkdən”, “qınamaqdan” o yana getmirlər.
Əliyalın kütlə vəhşi və silahlı dövlət aparatı ilə mübarizədə təkbaşına
buraxılır. Amma Ukrayna həm də onu sübut etdi ki, heç bir snayper, “BTR” insan
olmaq uğrunda, layiqli həyat uğrunda mübarizəsini dayandıra bilməz.
Azad seçki özlüyündə demokratiyanı təmin etmir, demokratiyanın başqa şərtləri
də var. Hazırda qeyri-demokratik ölkələr daha çox olsa da, azad seçki keçirə
bilməyən ölkələr azlıqdadırlar. Ukrayna həm də onu sübut etdi ki, insanlar
yalnız qarınları üçün yox, qeyri-maddi dəyərlər uğrunda da mübarizəyə
qalxırlar.
Avropa Şurasında azad seçki keçirə bilməyən 3-4 ölkə qalıb. Onlardan biri də
təkcə 2013-də 3 xırda üsyan etmiş, çoxsaylı həbslərə baxmayaraq, etirazları
daha da çoxalan, regionun elektrik açarı sayılan Azərbaycandır. Artıq növbədə
bizik. Həm maddi, həm də qeyri-maddi dəyərlər uğrunda edəcəyimiz Azərbaycan
İnqilabı yalnız bizim, məhz bu nəslin məsuliyyətidir.



https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930