Susmaq olmaz, CƏNAB ZİYA(N)LILAR!
Ölkəni qaranlıq totalitar keçmişə aparanlar
həqiqətən hər addımlarında bizim hər zaman onların mürtəce planlarının yolunda
durduğumuzu və susmayacağımızı hiss etməlidirlər
“Axı yalnız formal ziyalı və vətənpərvər olmaq
kifayət deyil. Həm də sözünü deyən və fəaliyyətə keçən ziyalı və vətənpərvər
olmaq lazımdır. Baxışların aydınlığı və doğruluğu, mövqelərin prinsipiallığı
heç vaxt ziyalıya xəyanət etməməmlidir və əgər kütlənin arabir yanılmağı
bağışlanandırsa, onda millətin şüuru və ruhu olmağa iddia edənləri bağışlamaq
olmaz”
“Həqiqət və azadlığın müdafiəsində durmaq üçün daha
yaxşı, təhlükəsiz zamanları gözləmək – “konserv zavodunda tilovla balıq
tutmağa” bərabərdir”
Ölkəni qaranlıq totalitar keçmişə aparanlar
həqiqətən hər addımlarında bizim hər zaman onların mürtəce planlarının yolunda
durduğumuzu və susmayacağımızı hiss etməlidirlər
“Axı yalnız formal ziyalı və vətənpərvər olmaq
kifayət deyil. Həm də sözünü deyən və fəaliyyətə keçən ziyalı və vətənpərvər
olmaq lazımdır. Baxışların aydınlığı və doğruluğu, mövqelərin prinsipiallığı
heç vaxt ziyalıya xəyanət etməməmlidir və əgər kütlənin arabir yanılmağı
bağışlanandırsa, onda millətin şüuru və ruhu olmağa iddia edənləri bağışlamaq
olmaz”
“Həqiqət və azadlığın müdafiəsində durmaq üçün daha
yaxşı, təhlükəsiz zamanları gözləmək – “konserv zavodunda tilovla balıq
tutmağa” bərabərdir”
Azərbaycanın
hökumət orqanları son əməlləri iləmüasir hüquqi dövlət kimi fürsətlərin, kefin və özbaşınalığın üstün
olduğu arxaik rejimlərdən fərqlənməyərək tamamilə sərhəddi keçdi. Bu aydındır. Üçünçü dəfə prezident olmağın fürsətini qazanmaq ölkədə vəziyyət çox sürətlə dəyişir. Amma bu
dəyişilmənin alt qatında da bir məntiq var. Hakimiyyət heç vaxt olmadığı qədər
güclüdür. Hətta o qədər güclüdür ki, bir zaman tək Eynulla Fətullayevi həbsdə
saxlaya bilməyən rejim indi sayı, hesabı olmayan siyasi məhbusa malikdir. Amma
başverənlərin bir arxa qatı da var ki bu heç də hökumətin xeyrinə deyil. Bunu hakimiyyətin
üst qatında da anlayırlar və buna görə də hökumət bütün vasitələri səfərbər
edir və cəmiyyətin fəal etiraz havasını
dağıtmaq, hər kəsi susdurmaq və ayılmağa imkan verməmək üçün əksinqilabi
addımlar atmağa başlayır.
Son günlər yenidən istiqaməti represiyanı artırmağa
yönəldərək, Azərbaycanın idarəedici rejimi faktiki olaraq bütün opponentlərinin
fəaliyyət azadlığını və hərəkatını mümkün dərəcədə minimuma endirib. Əgər buna
dözüb və susulacaqsa, o zaman hökumətin növbəti addımı cəmiyyətin sonuncu ümidi
olan – söz azadlığından da məhrum etmək üçün KİV və sosial şəbəkə üzərində
nəzarət olacaq. Axı, nə qədər ki, söz azadlığı var, cəmiyyətin müsbət şəkildə
yenidən qurulmasının mümkünlüyünə inam da var.
Nədənsə çoxları hələ də azadlıq anlayışının cəmiyyət və
ayrıca hər vətəndaş üçün əsaslı
mahiyyətini tam dərk etmir. Yəqin ki, çoxları düşünür ki, bu ali dəyərin
mühafizəsi üçün mübarizə siyasətçilərin, jurnalistlərin, hüquq müdafiəçilərinin
müstəsna səlahiyyətidir. Bununla yanaşı, cəmiyyət heç bir halda Azərbaycanda
вЂ?azadlıq ekologiyası’ mədəni sosiumu üçün bu dərəcədə vacib olan planlı məhvə
laqeyd olmamalıdır.
Məgər bizim cəmiyyətin hər şeyə nüfuz edən azadlıq
şöləsinə, həqiqətin uca səsinə, informasiyanın obyektiv güzgüsünə və ya bizi
zombiləşmiş yuxudan oyadan haraylı zəngə ehtiyacı yoxdur? Əgər bu şölə
söndürülsə, bu səs boğulsa, bu güzgü əlimizdən alınsa, bu zəng sındırılsa, kim
eşidəcək, kim vətəndaşların (hakim elitanın simaları daxil olmaqla) hüquqlarını
qoruyacaq, kim ölkədəki məsələlərin real vəziyyəti barədə həqiqəti elan edəcək
və kim rejimin cinayətlərini aşkar edəcək? Yalnız bir qəzet, yalnız bir
telekanal, cəmiyyətə inadla qəbul etdirilən, hər kəsin və həyatımızın hər anında
eyni partiya rəyi olan qapalı sovet
cəmiyyəti, qapalı həyat tərzi nə tez
bizim yadımızdan çıxıb? Yəni aydın deyil ki, bizi yenidən o yeknəsək vəziyyətə
qaytarmaq istəyirlər?
Əslində, biz bu gün hadisələrin gedişatında nəinki
seçkilərin taleyi, həm də ölkənin gələcəyinin həll olunmasında dönüş anını
yaşayırıq. Əgər cəmiyyət hökümətin cəza həmləsi qarşısında geri çəkilərsə, o
zaman ölkədə “azadlıq ərazisi” daha da daralacaq və nəticə etibarı ilə, müsbət dəyişiklik üçün demokratik mübarizə
imkanları da daralacaq.
Təxminən adət halını almış iki tip etirazın olacağını
əvvəlcədən deyim:
1.Optimistlərin etirazı: Mən çox
şişirtmirəm ki? Ölkədə hadisələrin gedişatının bugünkü tendensiyası bu qədərmi
təhlükəli və dramatikdir? Yeknəsək totalitar rejimə keçidin təhlükəsi barədə
danışmaq tez deyilmi? Bu gün bizdə azadlıqvə vətəndaşların hüquqları sahəsində vəziyyət bu qədərmi pisdi?
2.Pessimistlərin etirazı: Əgər ölkədə reaksiyanın necə olacağı artıq
çoxdan məlumdursa, cəmiyyət isə demək olar ki, tamamilə buna tabe olubsa, bu
“sözdə itaətsizlikdə” nə məna var? Özünü bu rejimin mümkün cəzalarına məruz
qoymaqda nə məna var? Mübarizə üçün lazımi daxili və xarici imkanlar yaranana qədər
sakit oturub susmaq daha yaxşı deyilmi?
Şişirdirəmmi? Ola bilər, əvvəl qismən şişirdirdim, amma indi yox. Məgər
nihilizmin bugünkü hüquqi və əxlaqi atmosferi, polis və bürokratik
özbaşınalığı, demokratiya normalarına aşkar etinasızlıq və totalitarizmin eybəcər cizgilərinin sürətli
dirçəlməsi bizə hökümət sistemində gələcək sovetləşdirmə və tiranlaşdırmağa
doğru getdiyimizə dair işarə vermirmi? Məgər
son günlərin hadisələri şübhəsiz sübut etmir ki, ölkədə azadlıq və
demokratiyanın son dayaq nöqtələrinin durmadan dəyişməsi prosesi gedir? Məgər
idarəedici rejim haqqında narazılıqlarını və ya şübhələrini bildirənlərə qarşı
getdikcə artan təzyiq, Azərbaycanda siyasi proseslərin çıxılmaz və təhlükəli
istiqamətdə inkişafı buna sübut deyilmi?
Ölkə
ictimaiyyətini daima təşvişdə olmaq üçün xəbərdarlıq etməyə daha hansı
tendensiya, fakt və sübutlar lazımdır? O, onsuz da uzun müddət cəmiyyətin
hüquqi və əxlaqi tənəzzülü faktını dərk edərək, hər addımda insan hüququnun
tapdalanması ilə qarşılaşaraq, ölkədə “azadlıq ərazisi”nin və demokratiyanın
durmadan məhdudlaşdırma prosesinimüşahidə edərək, çox vaxt laqeydlik və məsuliyyətsizlik göstərib.
Bəzilərini nəzərə almasaq, ziyalıların və cəmiyyətin mötəbər nümayəndələrinin
çoxu susur, deməli, hakimiyyət başında duranların özbaşınalığı ilə barışıblar.
Bununla yanaşı,
məgər vətənpərvər ziyalının vəzifəsi vətənə olan təhlükə barədə vaxtında
xəbərdarlıq etmək və bütün cəmiyyəti onunla bərabər mübarizəyə səfərbər etmək
deyil? Yanğını o, bütün ətraf-aləmi alova bürüyəndə yox, hələ yenicə alışan
zaman söndürməyə başlamaq və onun haqqında xəbərdar etmək lazımdır.
Bizim titullu
ziyalılarımız ölkədə baş verən özbaşınalığa tez-tez səsini ucaldır? Ziyalı – axı bu, sadəcə diplomu və adı olan
“boz maddə” deyil. Bu, azadlıq və məsuliyyət daşıyıcısıdır, bu, yalanı,
zorakılığı, ədalətsizliyi görən zaman susmağı bacarmayan və buna haqqı olmayan
insandır. Bizdə belələri çoxdurmu? Əsasən də, ilk sıralarda olanlar arasında?
Onların qəzəbli səsləri Azərbaycanın
sərhədləri hüdudundan kənar və ölkə
daxilində hər zaman eşidilirmi? Təəssüf ki, bizim ziyalılar arasında həqiqət və
azadlıq ideallarına xəyanət edən bitərəflər və ya onun nümayəndələrinə “köləlik
edənlər” də üstünlük təşkil edir.
Təhlükəli işə girişmək nəyə lazımdır ki? Bu qeyri-bərabər mübarizədə
nə məna var? Oturub susmaq daha yaxşı deyilmi? Bəli, ola bilər, öz rahatlığın,
komfortun, rifahın və təhlükəsizliyin baxımından meşşan mövqeyi daha
yaxşıdır. Ancaq əsil ziyalı və həqiqi vətənpərvər
missiyasına bu uyğundurmu? Məgər bu iqtidar və şərlə əməkdaşlıq və onlar
qarşısında boyunəymə olmayacaqmı? Məgər bu ölkənə, vətəndaşlarına, mədəniləşdirmə
missiyasına və nəhayət, özünə xəyanət olmayacaqmı?
Axı yalnız formal
ziyalı və vətənpərvər olmaq kifayət deyil. Həm də sözünü deyən və fəaliyyətə keçən
ziyalı və vətənpərvər olmaq lazımdır. Baxışların aydınlığı və doğruluğu,
mövqelərin prinsipiallığı heç vaxt ziyalıya xəyanət etməməmlidir və əgər
kütlənin arabir yanılmağı bağışlanandırsa, onda millətin şüuru və ruhu olmağa
iddia edənləri bağışlamaq olmaz. Nökər ruhlu və könüllü sürətdə ağzında tıxac
olan ziyalıdan daha kədərli və daha iyrənc nə ola bilər? Amma bizdə belələri
hələ də mövcuddur.
Belə baxanda,
“şihafi köləlik”dənsə, “şifahi itaətsizlik” daha yaxşıdır. Həqiqət və azadlığın
müdafiəsində durmaq üçün daha yaxşı, təhlükəsiz zamanları gözləmək – “konserv
zavodunda tilovla balıq tutmağa” bərabərdir. (A. Qrossun mahir ifadəsi). Axı
ziyalının səsi cəmiyyət və vəziyyət tələb edən zaman çıxmalıdır. Əgər azadlıqsevər nitqlər hər hansı müəyyən
bir şəri dayandırmaq, konkret bir şəxsi azad etmək, konkret bir zalımı ifşa
etmək və konkret bir vəziyyəti daha yaxşıya dəyişməyə yönəlmirsə, o zaman onun
bir qəpiklik dəyəri də yoxdur.
Demokratiyanı məhz
təhlükə olan zaman müdafiə etmək lazımdır, həqiqəti məhz yalan altında boğulan
zaman üzə çıxarmaq lazımdır, ədaləti
məhz ədalətsizlik qalib gələn zaman çağırmaq lazımdır, vətənə və yurddaşlara
məhz ölkə çətin dövrlər yaşayan və insanların sənə ehtiyacı olduğu zaman kömək
etmək lazımdır. Bax elə bu cür də, azadlığı fəal şəkildə məhz ölkədə hələ
azadlığın istehkamları məhv edilmədən və “quzuların səssizliyi” səltənətə
keçmədən qorumaq lazımdır.
Bir şey aydındır,
şər hökm sürən zaman, azadlıq məhv edilən zaman, qarətlər baş alıb gedən zaman,
millətin və ölkən əsarət altına alınan zaman susmaq olmaz! Bu gün susmaq
cinayətdir. Məhz bizim susmağımızla onlar öz rəhbərlərinin primitiv ayinini
həyata keçirirlər. Məhz bizim susmağımızı onlar həmişə bizim əleyhimizə
işlədirlər. Onların hakimiyyət rejimi gücünü məhz bizim susmağımızdan alır.
Artıq susmaq olmaz!
Damla daşı dəlir,
söz isə dünyanı dəyişir. Azadlıq və demokratiya nə zaman və hansı formada
bəhrəsini verməsindən asılı olmayaraq, biz öz mülki işimizlə məşğul olmalıyıq.
Əgər biz həyatımızı daha yaxşıya dəyişmək üçün həmrəy və inadkar olsaq, sözsüz
ki, bəhrə də olacaq. Əgər susmasaq, çox tezliklə olacaq.
Bir ibrətli
hekayədə deyilir ki, insanı sancan bir arı, ilk baxışda mənasız bir hərəkət
edib: o özünü ölümə məhkum etdi, ancaq insana isə onun sancması demək olar ki,
heç bir təsir etmədi. Amma iki amil arının bu hərəkətinə sanballı məna verir.
Birincisi, onun bu hərəkətinin ardınca digər arılar da gedə bilərdilər və
nəticədə çox arıları sancması ilə insan ölə bilərdi. İkincisi, əgər arılar
ümumiyyətlə sancmasaydılar, onlar sadəcə dəyişər və bir növ kimi məhv olub
gedərdilər.
Biz də bu cür.
Əgər biz artıq sancmasaq, öz etiraz səsimizi ucaltmasaq, həqiqət, azadlıq və
ədalət uğrunda mübarizə aparmasaq, çox
güman ki, bir azad insan növü kimi yox olacağıq, əleyhinə çıxdığımız insanlar
kimi olacağıq. Əgər özümüzü, özümüzə olan hörməti xilas etmək istəyiriksə, onda
susmaq olmaz!
Ölkəni qaranlıq
totalitar keçmişə aparanlar həqiqətən hər addımlarında bizim hər zaman onların
mürtəce planlarının yolunda durduğumuzu, ləyaqətimizi alçaldanlarla
barışmadığımızı və susmayacağımızı hiss etməlidirlər. Bizim səsimiz eşidiləcək.
Ölkədə və ölkə hüdudlarından kənarda eşidiləcək. O artıq eşidilir!
Azərbaycanda
qısamüddətli irtica təntənəsinə görə ruhdan düşməyə heç bir əsas yoxdur.
Cəmiyyət artıq ayağa qalxır, artıq onu represiyalarla qorxutmaq mümkün deyil.
Azadlıq uğrunda mübarizə davam edir və əsas döyüşlər hələ irəlidədir. Aydındır
ki, bu mübarizə asan olmayacaq. Məgər azadlıq uğrunda asan mübarizə olubmu?
Short URL: http://www.cumhuriyyet.net/?p=6646