Duyğularımda çiçəklənən ümidlər

15.07.2014 - 00:16

I

…Qüdrət
– zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır.

Soylu
Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani
keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır.
Hər kəs söz deməyə, söz dinləməyə qorxur. Söz deyən də ya “iqtidar sözü” deyir,
ya “müxalifət sözü”. Həqiqət sözü deyilmir. Nəinki deyilmir, dinlənilmir də.
Toplum milli sözü anlamır, tanımır, Milli sözü hər addımda Özgəçiliyin kölgəsində
gizləyir…”

Soylu
Atalının bu çağırışları içimi hala gətirir, milli sevgimi artırır və məni səfərdən
səfərə çağırır. İnsanlarla ünsiyyət istəyi, Asif Atanın sözünü çatdırmaq qətiyyəti
bu dəfə məni Şabran rayonuna yönləndirdi. Ata sözü böyük sözdür, o, insanı özünə
tanıdır. Asif Atanın İnsana verdiyi qiyməti burada vurğulamaq istəyirəm: “İnsan
daxilində Mütləq daşıyan, şəraitdən, mühitdən, gerçəklikdən yüksək olan, Mütləqiliyə
meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır.” İnsana bu inam yeni bir mərhələni başlayır-insanı
cahillikdən, sünilikdən, yadlıqdan, sürülükdən çıxarır.

Mən
Atanı dərk etməklə həm də həqiqətimi tapdım. Bu gün bunun sonsuz fərəhini, xoşbəxtliyini
yaşayıram.

Şabran
səhərində axtarışım uzun çəkmədi, mədəniyyət işçilərinin seminar günü idi. Mənə
bu auditoriyada söz deməyə imkan yaratdılar. Asif Ata Amalını, “Azərbaycanımız-Azərbaycanlığımız”
mövzusunda Atanın fikirlərini soydaşlarıma çatdıra bildim. Onlara əlimdə olan kitablarımızdan,
ədəbiyyatlarımızdan hədiyyə etdim. Sonra orda yaşayan dostlarımızdan birinin
ailəsində oldum. Doğmaca ünsiyyətlərimiz, fikir bölüşmələrimiz oldu.

Sözümüzün,
ədəbiyyatlarımızın el-el, ev-ev yayılması artıq ənənəyə çevrilib. Atamızı
tanımaq-Onun yüksək ideallarına bağlanmaq çağıdır. Biz milli varlığımızı Asif
Atanın Amalı ilə tanıdacağıq…

II

Yenə
səhər açılır. Sərin meh mənə yeni gündən xəbər verir. Günəş yenidən oyanır, öz
isti nəfəsini səxavətlə paylayır, bütün canlıları hərəkətə gətirir. Günəş öz
istisini mənə borc vermir. Məni sorğulamır, yarğılamır, o özünü ifadə edir şəfqətiylə.
Aldığım nəfəsə görə təbiət məni özünə borclu saymır. Üstündə gəzdiyim torpaq mənim
varlığım üçün hər bir imkanı yaradır. Hər bir canlının mənim yaşamımda rolu və
qatqısı var və bu gedişdə heç bir təmənna yoxdu. Çünki bütün bunlar Mütləqin
nizamı, tələbidir. Təbiətdə boylandığım hər bir yer, yön mənə Mütləqi tanıdır.
Ancaq nə yazıqlar ki, cəmiyyətin həyatında Mütləqi tanımaq olmur. Cəmiyyət özünə,
öz mənasına qarşı yaşayır və insanı bu burulğanda məhv eləyir.

İnsan
bu enişdən çıxmalıdır. Axı insan insanilik adlı mənadan yarandı.

Yarandı
ki, dünyaya xeyir gətirsin!

Yarandı
ki, Mütləqi tanısın!

Yarandı
ki: torpaqda doğmalıq, dağlarda vüqar, əzəmət, yollarda sonsuzluq kəşf edib
ömrünə qatsın. Yarandı ki, insanı qaldırsın, münasibətlərə ədalət toxumu səpsin…

Mütləqlə
bir olmağa can atıram. Mütləq mənim insani varlığımdadır. Bunu mənə Ata dedi,
anlatdı. Atadan güc almaqla üzümü Mütləqimə tutub demək istəyirəm: Ey Dünyadan
yüksək olan varlığımızın Mütləqi!

Məni
özünə qovuşdur. Ömrümün ayrı-ayrı məqamlarında deyil, hər anında səninlə bir
olmaq istəyirəm. Səni dərk elədikcə özümə doğmalaşıram, dünyaya, insana sevgim
böyüyür, ömrümdə fərəh böyüdür.


yaxşı ki, Atalı oldum, nə yaxşı ki, İnamlı oldum, nə yaxşı ki, həyata gözümlə
baxmadım, ruhumla baxdım… Atamız Var olsun!

Od ayı, 36 cı il, Saray- Soylu.

Short URL: http://www.cumhuriyyet.net/?p=9534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31